Arzu Rəhimov Füzulidəki işçisini özbaşına buraxıb...- Füzulidə "niqodnıy" bilet satan rəis

17-08-2015, 14:18 1192 dəfə baxılıb

Arzu Rəhimov Füzulidəki işçisini özbaşına buraxıb...- Füzulidə "niqodnıy" bilet satan rəis













Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra yerli şöbə və idarələrində ciddi neqativ hallar hökm sürür

Müharibə vəziyyətində olan bir ölkədə bütün strukturlar saat mexanizmi kimi işləməlidir. Əsasən də orduya, silahlı qüvvələrimizə aid qurumlar öz işlrini ciddi qurmalı, fəailiyyətlərində qusurlara yol verməməlidirlər. Belə bir qurumlardan biridə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Arzu Rəhimovun isə SHXÇDX rəhbər təyin edilməsi, bu sahədə əhali arasında bir sıra islahatların aparılması ümidlərini artırdı. Bununla belə SHXÇDX bəzi rayon şöbələri var ki, qanunsuz əməllərini davam etdirir, valideyinlərdən pul almaqla sağlam gənclərin hərbi xidmətə getmələrinin qarşısı alınır və onların əvəzində sağlam olmayan və qüsrlu gənclər xidmətə göndərilir.

Belə bir qanunsuzluğa rəvac verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsidir ki, buradan olunan şikayətlərin ardı arası kəsilmir.

Etibarlığına şüphə ilə yanaşmadığımz mənbənin Sonolay.org-a verdiyi məlumatda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsində hərbi xidmətə yararlı gənclər müxtəlix yollarla ordu sıralarından yayındırılır və beləliklə də onlar öz maraqlarını tam şəkildə təmin etməyə nail ola bilrlər. Mənbəmiz iddia edir ki, SHXÇDX rayon şöbəsi bu yolla öz mənafeyi naminə gəncləri «neqodnıy» etməklə böyük qazanc əldə edir. Belə ki, çağırışçılar, onların valideynləri Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin işçilərini «gördükdən» sonra həmin gəncləri xəstə adı ilə həqiqi hərbi xidmətdən yayındırırlar. Beləliklə də müharibə vəziyyətində olan Azərbaycan Ordusunu sağlam əsgərlərdən mərhum edilir və əvəzində isə hərbiyə yararsız olan gənclər göndərilir. Bu da yol verilməzdir. Ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində müşahidə olunan qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlinir. Şübhəsiz bu «proses» şöbə rəisinin müvaffiq razılığı və maraqlarının təmin olunması şərtilə həyata keçirilir. Yəni bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində hərbi bilet əldə etmək elə də müşkil məsələ deyil. Belə ki, həqiqi - hərbi xidmətdən yayınmaq istəyən çağırışçı gənclər birbaşa rəisin qəbuluna düşməklə, məsələni yoluna qiya bilirlər.

Qaynağımız konkret adlarda sadalayıb ki, həmin şəxslər sağlam olmalarına baxmayaraq hərbi xidmətdən yayınıblar. Əlbəddə ki, onların hərbi xidmətdən yayınmalarında bil avəstə SHXÇDX yerli şöbəsinin əli var. Hələ ki, həmin şəxslərdən birinin adını açıqlayırıq, digərləri haqqda isə bəzi araşdırmalarımız yekunlaşdıqdan sonra yazacağıq.

Belə ki, redaksiyamıza adları siyahı şəkilində verilən xidmətdən yayınan şəxslərdən biri Həsənov Qəhraman Nərman oğlu heç bir xəstəliyi olmadan həqiqi - hərbi xidmətdən yayınmışdır. Əslində bu "saçok" 1996-cı il təvəllüdlü olmasına baxmayaraq həqiqi-hərbi xidmətə getməyib. Yalnız pul gücünə xəstəlik adı alaraq xidmətdən yayınıb. Bu şəxs bütün günü anasının aldığı bahalı avtomobillə Bakı şəhərində kef edir. Maraqlıdır görəsən, Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi doğrudandamı bu gəncin xəstə olduğuna görə onu xidmətə yararsız bilib, yoxsa anasının pulunun çox olduğuna görə? Bu şəxs bütün günü Bakı şəhərində "mama şotuna" fırlanaraq maması aldığı avtomobillə avtoşluq etməyi bir yana, hələ bir özünü «rekert» kimi də qələmə verir.

Hesab edirik ki, SHXÇDX - nin rəisi General - leytenan Arzu Rəhimov qeyd etdiyimiz məsələ ilə yaxından tanış olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR