8-ci km bazarının yaxınlığında kişi özünü 10-cu mərtəbədən atdı - YENİLƏNİB

17-08-2015, 14:25 1177 dəfə baxılıb

8-ci km bazarının yaxınlığında kişi özünü 10-cu mərtəbədən atdı - YENİLƏNİB


















Faktla bağlı cinayət işi başlanıb

Bakıda intihar hadisəsi baş verib.

azinfo.tv xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Nizami Rayon Polis İdarəsindən bildirilib ki, intihar edən şəxs “Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


10:52

Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda intihar hadisəsi baş verib.

azinfo.tv xəbər verir ki, Lent.az-ın məlumatına görə, E.Süleymanov küçəsində (8-ci km bazarının yaxınlığı) yerləşən 14 mərtəbəli binadan 45-50 yaşlı kişi özünü atıb. O, hadisə yerindəcə keçinib.

İlkin araşdırmalar nəticəsində həmin şəxsin özünü 10-cu mərtəbədən atdığı məlum olub.

Ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib, araşdırmalar aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR