Cəfər Cabbarlının qızı vəfat edib

13-02-2018, 10:44 489 dəfə baxılıb

Cəfər Cabbarlının qızı vəfat edib














Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib.
AZTB.info xəbər verir ki, 88 yaşlı Gülarə Cabbarlı ürək çatışmazlığından vəfat edib.

O, 1930-cu ilin 11 fevral tarixində Bakı şəhərində anadan olub.1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub.
Bu gün saat 14:00-da Təzə Pir məscidində mərhumə ilə vida mərasimi olacaq.

Allah rəhmət eləsin!


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR