Mingəçevirli baş leytenanta 4 ay həbs verildi

24-08-2015, 13:24 962 dəfə baxılıb

Mingəçevirli baş leytenanta 4 ay həbs verildi













Mingəçevir hadisələrinə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə iki maddə üzrə təqsirli bilinir

azinfo.tv-ın əldə etdiyi məlumata görə, Ş.Şahlarzadə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR