Elza Seyidcahan “Şəngülüm, Məngülüm”ün bəstəkarı oldu...

14-09-2018, 20:52 765 dəfə baxılıb

Elza Seyidcahan “Şəngülüm, Məngülüm”ün bəstəkarı oldu...
Elza Seyidcahan "Şəngülüm, Şüngülüm, Məngülüm" mənzum nağılı əsasında hazırlanan tamaşanın bəstəkarı oldu.

Bu haqda Moderator.az-a Əməkdar artistin özü məlumat verib.

E.Seyidcahan bildirib ki, “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanan tamaşanın bəstəkar o, olacaq.

“Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümün açılışına hazırlaşır. Səksən yeddinci mövsümdə teatrsevərlərə yeni, maraqlı və zəngin sənət nümunələri təqdim olunacaq. Teatrın kollektivi tamaşaçılarını sentyabrın 15-də “Əlibaba və qırx quldur” tamaşası ilə qarşılayacaq. İki seans olmaqla nümayiş olunacaq tamaşanın rejissoru Anar Məmmədov, rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Min bir gecə” baleti əsasında qurulub.

Tamaşaçılar mövsümün açılışı günündə “Şəngülüm, Məngülüm”ü də izləyəcəklər. “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə mən olacam”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR