“Oskar”a namizəd xarici filmlər

21-12-2018, 09:00 421 dəfə baxılıb

“Oskar”a namizəd xarici filmlər


87 film mükafat uğrunda mübarizə aparıb

Amerika Kino akademiyası "Oskar" mükafatının "Ən yaxşı xarici film" nominasiyası üzrə namizədlərinin qısa siyahısını açıqlayıb.

Adıkeçən nominasiyada 87 film mübarizə aparıb.

Qısa siyahıya daxil olan ekran əsərləri bunlardır: "Köçəri quşlar" (Kolumbiya), "Kapernaum" (Livan), "Heç zaman boylanma" (Almaniya), "Mağaza orğucuqları" (Yaponiya), "Müqəssir" (Danimarka), "Ayka" (Qazaxıstan), "Roma" (Meksika), "Soyuq müharibə" (Polşa), "Yanan" (Cənubi Koreya).

Bundan başqa, Amerika Kino Akademiyası digər nominasiyaların da qısa siyahısını elan edib. "Ən yaxşı vizual effekt” nominasiyasında "Solo: Ulduz müharibəsi əhvalatı”, "Qara pantera”, "Qarışqa adam və Eşşəkarısı”, "Qisasçılar: Sonsuzluq müharibəsi”, "Kristofer Robin”, "Yura dövrünün parkı 2” və başqa əsərlər yer alıb.

"Qrim və saçdüzümü” nominasiyası "Bohem rapsodiyası”, "Qara pantera”, "Sərhəd”, "İki kraliça”, "Sten və Olli” və "Suspiriya” filmləri yarışır.

Namizədlərin yekun siyahısı 22 yanvar 2019-cu ildə, qaliblər isə fevralın 24-də elan olunacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR