Məşhur kaman ifaçısı, Azərbaycanın xalq artisti Habil Əliyevi İranda da kədərlə anırlar

14-09-2015, 14:36 1145 dəfə baxılıb

Məşhur kaman ifaçısı, Azərbaycanın xalq artisti Habil Əliyevi İranda da kədərlə anırlar

Məşhur kaman ifaçısı, Azərbaycanın xalq artisti Habil Əliyevi İranda da kədərlə anırlar












İranın məşhur müğəninsi Məhəmədreza Şəcəriyan Habillə eyni səhnəni bölüşüb. Azərbaycan milli konservatoriyasının məzunu Səid Mirzəzadə Habil müəllimi xalqın müəllimi kimi hesab edir:

“Mənim bir xatirəm var. Uşaqlığımdan kaman ifa edəndə mənim müəllimim olmayıb. Mən ancaq Habil Əliyevin səsyazmalarına qulaq asaraq öyrənmişəm. İlk öncə elə bilirdim ki, mən də Habil müəllim kimi ifa edə bilərəm. Amma keçdikcə gördüm ki, onun qədər ifa etmək mümkün deyil. O daima inkişaf edir və uzaqlaşır”.

Habil Əliyev sonunucu dəfə 2005-ci ildə Təbrizdə konsert verdi. O, konsertdə son dəfə təbrizlilərə bu sözləri dedi:

“Qohum-əqrəba, mən kamana istefa vermişəm. Mənim əziz dostum Xosro mənə bir məsləhət gördü ki, gedək bu istefanı Təbrizdə ver. Mənd ə çox məmnuniyyətlə sizi ziyarət etməyə gəldim. Sizinlə görüşməyə və sizinlə xudahafizləşməyə gəldim”.

Müğənni Məsud Barış düşünür ki, Şərq aləmində kamanı zirvələrə qaldıran məhz Habil müəllim olub.

Habil Əliyevin vəfat xəbəri İran mətbuatında da qeyd edildi. İranın müxtəlif xəbər agentilikləri bu məsələyə toxundular. İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin sənət müavini Əli Moradxanı onun vəfatını dünya musiqisinə böyük bir zərbə adlandırıb. Rejissor Cəlil Didever sənətkarla bağlı xatirəsini belə bölüşüb:

“Təbrizə gələn zaman Habilə dedim ki, biz istəyirik ki, sizin bir şəklinizi çəkək. Özü də bunu istədi və bildirdi ki arzulayırdım Təbrizdə də mənim şəkilim olsun. Həm də bu şəkil məzarımın üstünə qoyulsun. Mən bu şəkili o zaman çəkdim”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR