"Ay bacı, nəyi qurban vermisən?"

30-03-2019, 23:26 357 dəfə baxılıb

Əməkdar artist Sənubər İsgəndərli İTV-də yayımlanan “Dikdaban” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, aktrisa səmimi açıqlamaları ilə diqqət çəkib.

İsgəndərli qadın və kişi bərabərliyindən söhbət açıb:

“Kişinin kişi yeri var, qadının qadın. “Kişi kimi qadın” ifadəsi xoş səslənmir. Qadın üstünə düşən missiyanı yerinə yetirə bilər, düşünmürəm ki, o, nəyisə çatdıra bilməsin”.
"Ay bacı, nəyi qurban vermisən?"
Sənətçi haqsızlıq görəndə susduğunu deyib:

“Gənclik dövründə çılğın olursan, illər adama səbri öyrədir. Hərdən deyirlər ki, çox səbrlisən. Elə situasiyalar olur ki, özümdən çıxsam, yeri olmayacaq. Zaman çox şeyi yerinə qoyur. Səbrimlə çox şeylərə nail olmuşam.

İnsan süni olanda səmimi tərəfini göstərmir ki, bata ilər. Məndə sünilik yoxdu. Düşünürəm ki, “oynamağ”ın nə mənası var? Səhnədə oynayıram, o paltarı çıxarandan sonra özümə qayıdıram. Hər yerdə olduğum kimiyəm. Görünməyən tərəflər hamıda var. İstərdim ki, elə onu görünməyən yerdə qoyaq”.


Teatrla bağlı fəaliyyətindən söz açan aktrisa özünə məhdudiyyətlər qoymadığını bildirib:

“Mən bu sənət yolunda qurbanlar vermişəm, həlak olmuşam” sözünü sevmirəm. Ay bacı, ay qardaş, nəyi qurban vermisən? Əgər sevdiyin sənətlə məşğul olmusansa, bu, sənə yalnız xoşbəxtlik gətirib. Sevdiyim işlə məşğulam, işə gedəndə xoşbəxt oluram. Bütün sahələrdə problemlər olur. Heç vaxt demərəm ki, ömrümü bu sənətdə çürütmüşəm”.

Biri var kütləvi sənət, biri də var elitar sənət. Elitar sənətdə geniş kütlə səni tanımaya da, tanıya da bilər. Əgər bu gün tələbat varsa, rejissor düşünürsə ki, bu aktrisadan başqası mənim üçün yoxdur. Tamaşaçı teatra ona görə gəlirsə, titrlərdə onun adı yazılırsa, o, artıq xalq artistidir. Sənətimə olan hörmətimdən dolayı məhdudiyyətim yoxdur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR