Tarkan şahzadə Harri ilə qonşu olur
Türkiyənin pop ulduzu Tarkan İngiltərədən ev alır
Həm Türkiyə, həm də Almaniyada mülkləri olan müğənni bu dəfə Londonda mənzil sahibi olmaq istəyir.
Sənətçi şahzadə Harri və Meqan Marklın yaşadığı Kensington ərazisinə satışa çıxarılan daşınmaz əmlaklarla tanış olub.
Alman mətbuatı yazır ki, 46 yaşlı ifaçının almağı düşündüyü beşotaqlı mənzilin qiyməti 7 milyon 250 min sterlinqdir.