Siyəzən zibilliklər içərisində itib-batır!Video fakt

20-09-2021, 10:56 139 dəfə baxılıb

Siyəzən zibilliklər içərisində itib-batır!Video fakt

Son vaxtlar Siyəzən rayonu ilə bağlı bütün sahələr üzrə şikayətlər gəlməkdə davam edir.Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar irəli sürülsə də adı çəkilən rəsmilərin heç biri baş verənlərə münasibət bildirmək istəmir.Rayonda isə sözün əsl mənasında sosial gərginlik hər ötən gün artmaqdadır.
Rayonun necə idarə olunması,rayondakı zibilliklərdən məlumdur.Rayon barəsində uzun-uzadı danışmaq yersizdir.Çünki bu barədə rayon sakini Ruslan Quliyev bütün sahələrə toxunmaqla danışıb və davam edir.Məlumat almaq istəyənlər YouTube kanalımıza abunə olmaqla geniş informasiya əldə edə bilərlər.
Rayonda və rayondan kənarda yerləşən zibilliklər onu deməyə əsas verir ki,burada nəinki icra başçısı hətta 5- saylı regional ekologiya və təbii sərvətlər idarəsi də öz vəzifəsinin öhdəsindən gələ bilmir.Nəzərinizə çatdırmaq istəyirik ki,5- saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qabbar Xıdırov ekologiya və təbii sərvətlər nazirliyinin meşələrin inkişafı xidməti departamentinin rəisi Namik Xıdırovun doğmaca əmisi oğludur.Son günlərdə ölkədə meşələrin qırılmasına görə cavabdeh və günahkar şəxs kimi Namik Xıdırovun adı hallanır və bütün medya bu haqda silsilə yazılar dərc edir.Əmioğulları ekologiya sahəsində heç bir tədbir görməyəcəklərinə dair sanki and içiblər.Bu sıradan onu qeyd etmək lazımdır ki, Siyəzəndə baş alıb gedən zibilliklərə cavabdeh olan məmur və dövlət qurumlarından biri də 5 saylı regional ekologiya və təbii sərvətlər idarəsidir və bu idarə Xaçmaz rayonu ərazisində yerləşir.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

İnformasiya şöbəsi.

<embed width="1224" height="480" src="https://www.youtube.com/embed/Z0aDWZ7dfWE" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR