Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisinə qarşı 3000 (üç min) manat rüşvət ittihamı - ŞİKAYƏT

25-09-2021, 01:46 119 dəfə baxılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisinə qarşı 3000 (üç min) manat rüşvət ittihamı - ŞİKAYƏT



      Elektron poçtumuza Göyçay Şəhər Nizami  küçəsi bina 135 ev 46 ünvanında yaşayan MÖHTƏRƏM CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN SEÇİCİSİ Kərimova Lamiyə Nəsir qızı tərəfindən şikayət ərizəsi daxil olub.

Müraciətdə bildirilir:

 Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Qasımov bizimlə ədavət aparır.Ədavətin səbəbi isə bir müddət öncə böyük oğlum İsmayılov Gümrah Arif oğlunun hərbi xidmətə çağırışı zamanı baş vermişdi.Belə ki, oğlum hərbi xidmətə yararsız olduğu halda, bilərəkdən onu Bakıda həkimlərin əli ilə sağlam etmək istəyirdilər. Lakin 13 yaşından oğlum, həkimlərin nəzarəti altında olub və onların rəyləri əsasında, hərbi-həkim komissiyasının rəyi ilə hərbi xidmətə yararsız sayılıb. Lakin bu yuxarıda adı çəkilən Famil Qasımov o vaxtdan, mənə bildirdi ki, 2-ci oğlumun hərbi xidmətə çağırışı zamanı mütləq bu hadisəni mənə xatırladacaq. Çünki, o zaman onun məndən tələb etdiyi 3 000 (üç min) azn rüşvəti ona təqdim etməmişdim.

   Hörmətli cənab Prezident, hal-hazırda 2003-cü il təvəllüdlü kiçik oğlum İsmayılzadə Əmrah Arif oğlu 01.10.21 tarixində hərbi xidmətə çağrılıb. Lakin oğlumda azacıq qozbellik və hər iki ayağının hərbi-həkim ekspertiza haqqında əsanamənin Maddə 68 Yastıayaqlılıq və ayağın digər deformasiyaları. b) funksiyaların mülayim dərəcədə pozulması ilə bəndinə aid deformasiya olub. Bu diaqnoz haqda bizə Bakıda Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi də məlumat verib. Bunu hüquq müdafiəçisi Rəvan Məmmədov təsdiqləyə bilər.(051-882-08-83) Belə ki, mənim tapdalanmış hüquqlarımı bərpa etmək üçün zəng vurub və həkimlə əlaqə saxlayıb və həkim buyurub ki, bu İsmayılzadə Əmrah hərbi xidmətə yararsızdır. Famil Qasımovdan oğlumun məhz Bakı şəhərində yerləşən, istənilən xəstəxanaya göndərilməsini xahiş etsəm də, yenə etiraz etdi. Avqustun axırı oğlum komissiyaya çağrılıb, həmin gün çağrılanların 7 nəfərini Gəncə şəhərinə göndəriblər, yalnız mənim oğlum Həkim müayinəsindən Göyçay şəhərində keçib, amma onu Famil Qasımovun işçisi əvvəlcədən içəri daxil olmağa imkan verməyib və ozü əvvəlcədən həkimlə sövdələşib.
   Biz Famil Qasımova xəbərdarlıq etdik ki,cənab Prezidentə və aidiyyatı sturukturlara şikayət ünvanlayacam.O,isə cavabında bildirib ki,kimə şikayət etsəniz də,İsmayılzadə Əmrahı heç bir yoxlanışa göndərməyəcəm.

  Hörmətli cənab prezident, Sizin seçiciniz olaraq və ÜMMÜMMİLLİ LİDER ULU ÖNDƏR HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN Azərbaycana qayıdıb, Xalqımızı bəlalardan qurtarmaq üçün, milyonlarla imzaların içində mənim də imzam var. Çox xahiş edirəm, mənə və oğluma qarşı edilən haqsızlığa, görə Famil Qasımovu məsuliyyətə cəlb edəsiniz.

   

Tel:0514110649

İnformasiya şöbəsi


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR