“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar

6-10-2022, 01:07 51 dəfə baxılıb

“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar


AİA.Az xəbər verir ki, 4-5 oktyabr, 2022-ci il tarixində Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransı öz icrasına başlamışdır. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan beynəlxalq elmi konfrans Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə öz icrasına başladı.

Beynəlxalq elmi-praktiki konfrans açılış mərasimini Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayaraq, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” ictimai birliyinin layihə meneceri Pərvanə Xıdırova açılış mərasimini elan etdi.Bildirdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin nəticələrinə əsasən, “Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı layihəsi qalib seçilmişdir.

Müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olmaqdır.Aparılan elmi-tədqiqatlar, innovasiya fəaliyyətinin sürətlə inkişaf etməsi və bu tədqiqatlara olan istinadlar, araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir. Azərbaycanda elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaqda dəstək vermək layihənin əsas məqsədidir. Layihə çərçivəsində təşkil edilən tədbirlər Azərbaycanda dərc edilən elmi jurnalların beynəlxalq standartlara uyğun formada hazırlanması və Azərbaycan elminin beynəlxalq arenada daha da uğurlu təqdimatına kömək etməkdir.
Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, elmi jurnallar üçün beynəlxalq standartlara uyğunlaşma, beynəlxalq bazaların xidmətlərindən səmərəli istifadəni təmin etmək, elmi jurnalların tədqiqat məlumatlarını yaymaq üçün müvafiq plaftormaların yaradılmasının təmin edilməsinin vacibliyini diqqətə çatdırdı.

Daha sonra BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov “Elm və təhsildə davamlı inkişaf strategiyasının əsas prinsipləri” mövzusunda geniş şərh verdikdən sonra sözü Macarıstanın Pecs Universitetinin doktarantı Rima Məmmədova verdi. Rima xanım “Elmi-tədqiqat qrantlarının elmi məhsuldarlığa təsiri” adlı təqdimatını konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Təqdimatdan sonra, Türkiyənin Dokuz Eylul Universitetinin professoru Ahmet Nazmi Üste “ Elmi-tədqiqat və tezislərin konseptual və nəzəri çərçivəsinin strukturlaşdırılması” ilə bağlı, Manisa Celal Bayer Universitetinin mütəxəssisi Dr.Ülviyye Sanili Aydın isə “Elmi məqalələrinin hazırlanması metodikası” mövzusunda onlayn formatda geniş çıxış etdilər.

Çıxışdan sonra “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədovanın “Elmin inkişafında elmmetriyanın rolu və beynəlxalq elmi jurnalların tələbləri” adlı təlimi ilə konfransın birinci gününü başa vurdular.

05 oktyabr, 2022-ci il tarixində, konfransın ikinci günündə layihə meneceri Pərvanə Xıdırova iştirakçıları salamlayaraq, “5 oktyabr -Müəllimlər Günü” münasibəti ilə dəyərli müəllimləri təbrik edərək, Bəxtiyar Vahabzadənin müəllimlərə həsr elədiyi şeirlə tədbiri açıq elan etdi.Təbrikdən sonra Bakı Dövlət Universitetinin Kriminalistika kafedrasının müdiri Kamil Səlimova verdi. Kamil müəllim “Elmdə etik qaydalar və alimin müəlliflik hüquqlarının qorunması” mövzusunda konfrans iştirakçıları üçün geniş məruzə etdi. Təşkil edilən çay-kofe fasiləsindən sonra onlayn formatda Çin Xalq Respublikasının Siçuan Universitetinin elmi mütəxəssisləri Faiq Ağabalayev və Mohammad Maruf Hasan “Elmi tədqiqatlarda idarəçilik sistemi:Çin təcrübəsi “ adlı mövzuda geniş çıxış etdilər.
Onlayn məruzədən sonra Layihə rəhbəri və Qlobal Əməkdaşlıq və Analitik Araşdımalar Mərkəzi İB-nin sədri Xəyalə Məmmədova konfrans iştirakçıları üçün “ Beynəlxalq təcrübədə elmi-tədqiqatlarda problemlər və elmi məqalələrin yazılma qaydaları” adlı maraqlı təlim keçirdi.
Layihə çərçivəsində nəzərdə tutulan addımlardan biri də “ ELMİ REDAKTORLAR ÜÇÜN MƏLUMAT KİTABÇASINI” təşkilat sədri konfrans iştirakçılarına təqdim etdi. Kitabçanın məqsədi; elmi jurnalın beynəlxalq səviyyədə qəbul edilmiş meyarlara uyğun olaraq, effektivlik, davamlılıq və keyfiyyət səviyyəsini qiymətləndirməsinə kömək etmək üçün lazımi məsələləri müzakirə etməyə yardım etməkdir.

Tədbirin sonunda konfrans iştirakçıları və mühazirəçilər SERTİFİKATLA təltif olundular.

“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar“Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans işini uğurla başa vurdu. -Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR