“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar

24-10-2022, 09:56 119 dəfə baxılıb

“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar


AİA.Az xəbər verir ki, 17-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Unifayt (Universal döyüş) idman növü üzrə Dünya Kuboku yarışı keçirilib.

“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar


Bu mötəbər yarışda Universal döyüş üzrə Azərbaycanın milli yığma komandası 2 nəfər gənclər arasında və 4 nəfər böyüklər arasında olmaqla 6 idmançı ilə ölkəmizi təmsil ediblər. İdmançılarımız Dünya Kubokunda yüksək nəticələr əldə ediblər. Belə ki, gənclər arasında Sadiq Kərimov 50 kq və Elton Əhmədov 80 kq çəki dərəcələrində, böyüklər arasında isə Cavad Vəliyev 75 kq çəki dərəcəsində yarımfinala qədər yüksələrək 3-cü yerlərə sahib olublar.

“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar


Digər üç idmançımız, böyüklər arasında çıxış edən Təbriz Seyidov 85 kq, Qəzənfər Namazov 90 kq və Mehman Hüseynov 95 kq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək yarışın reytinq kəmərlərini əldə ediblər.

“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar


Qeyd edək ki, Universal Döyüş idman növü üzrə Azərbaycanın yığma komandası Dünya Kubokunda SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun və məşqçi Yaqub İbrahimovun rəhbərliyi altında iştirak ediblər. Yığma komandaya “Repose Travel Baku” şirkəti tərəfindən sponsor dəstəyi göstərilmişdir.

“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar


Biz də öz növbəmizdə bütün idmançılarımızı qələbə münasibətilə təbrik edirik və onlara növbəti yarışlarda da yüksək nəticələr, parlaq qələbələr arzulayırıq!

“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR