Qardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -Fotolar

3-11-2022, 16:28 95 dəfə baxılıb

Qardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -Fotolar


Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Xarici əlaqələr şöbəsinin təşəbbüsü ilə İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şöbənin müdiri Xəyalə Məmmədova və sosial məsələlər üzrə mütəxəssis Ümid Məmmədzadə iştirak ediblər. Tədbirdə Xəyalə Məmmədova mövzu üzrə çıxış edib. Xarici əlaqələr şöbəsinin müdiri öz çıxışında tədbir iştirakçılarını qədim Azərbaycan şəhəri olan Şuşanın tarixi ilə tanış edərək bildirib ki, bu şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk dövrlərdə Pənahabad adlandırılıb. X.Məmmədova diqqətə çatdırıb ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilənədək burada hər birində hamam, məscid və bulaq olmaqla 17 məhəllə vardı. Həmçinin qeyd olunub ki, Şuşanın işğalı nəticəsində şəhərdə yüzlərlə Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, yaralanmış, əlil olmuş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.

Xəyalə Məmmədova daha sonra bildirmişdir ki, Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş və bir müddət sonra Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Mədəniyyət paytaxtı elan olunmuşdur. Bu gün Şuşanın dirçəldilməsi və yenidən qurulması istiqamətində intensiv işlərin aparıldığını qeyd edən X.Məmmədova bu işlərin birbaşa dövlət başçımızın nəzarətində olduğunu da vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Şuşaya səfərlər edir, aparılan işlərin gedişi ilə yaxından tanış olurlar. Hazırda Şuşa şəhərində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir. O cümlədən, Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Elman Hüseynov

Qardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -FotolarQardaş Türkiyənin İstanbul Aydın Universitetində “Şuşa ili” mövzusunda elmi-praktik konfrans keçirilib -Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR