Xalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -Fotolar

8-11-2022, 22:09 76 dəfə baxılıb

Xalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -Fotolar


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı Zəfər Günü ərəfəsində 117 saylı Oğuz-Qəbələ seçki dairəsi ərazisində yaşayan şəhid ailələrini evlərində ziyarət etmişdir. Deputat şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, onların övladlarının qəhrəmanlıqlarından, torpaqlarımızın azad olunmasında göstərdikləri şücaətlərindən bəhs edərək döyüş meydanında qazanılmış böyük Zəfərin Azərbaycan dövlətçiliyi tarixində önəmindən, ölkəmizin, eləcə də regionun sülh və təhlükəsizliyinin möhkəmləndirilməsindəki əhəmiyyətindən danışmışdır. O, bildirmişdir ki, - “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il sonra ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Dövlətimiz dünya xalqları arasında öz layiqli və məğrur yerini tutdu. Artıq Azərbaycan dünyada həm liderliyi, həm də müasir ordusu ilə digər dövlətlərə nümunə göstərilir. Düzdür bu bizə heç də asan başa gəlmədi. Vətən müharibəsində minlərlə oğullarımızı qurban verdik. O oğullar ki, vətənə olan məhəbbət və sədaqətlərini sübut edərək, şəhid oldular. Bugün adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimiz daim hörmət və ehtiramla yad edilir, haqlarında salnamələr yazılır. Onlar gələcək nəsillərə örnəkdir. Bu möhtəşəm qələbə üçün biz şəhidlərimizə və qazilərimizə borcluyuq. Çünki onlar fədakarlıqları və şücaətləri ilə şanlı tariximizin ən parlaq səhifələrini yazmışlar”. Aqiyə Naxçıvanlı şəhid ailələrinə, qazilərə və ümumilikdə müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən qayğıdan bəhs edərək görülən işlər haqqında geniş məlumat verdi və qeyd etdi ki, şəhid ailələri tərəfindən qaldırılan məsələlərin qısa vaxt ərzində həlli, onların problemlərinə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşılması Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.
Necə ki, xalqımız bir anda ordu ilə birləşərək ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə düşməni məhv edib əzəli torpaqlarımızın geri qaytarılmasına nail oldu, eləcə də şəhid ailələrinin, müharibə veteranlarının və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə, onların problemlərinin tam həllinə nail olacaqdır.
Görüşlər zamanı şəhid valideynləri övladlarının Vətən uğrunda şəhid olduqlarından qürur duyduqlarını bildirərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində gördüyü işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezidet Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. Onlar ölkəmizdəki əmin-amanlığın, sabitliyin qoruması üçün cənab Prezidentin ətrafında bundan sonra da sıx birlik nümayiş etdirəcəklərinə söz vermişlər:- Çünki biz anlayırıq ki, xalqla iqtidar birliyi dövlətimizə və xalqımıza bundan sonra da böyük uğurlar gətirəcəkdir.
Deputat Aqiyə Naxçıvanlı şəhid ailələrinin üzləşə biləcəkləri hər bir problemin həllində onlara vəzifə və səlahiyyətləri daxilində kömək etməyə hazır olduğunu bildirərək, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləmişdir. Qeyd etdi ki, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq və şəhid ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaqdır.
Şəhid ailələri ilə görüşlərin son günü deputat Aqiyə Naxçıvanlı Oğuz şəhərində Zəfər Günü münasibəti ilə keçirilən silsilə tədbirlərdə də iştirak etmişdir.

Xalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -FotolarXalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -FotolarXalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -FotolarXalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -FotolarXalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -FotolarXalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -FotolarXalqımıza Zəfər Gününü yaşadanları qürurla anırıq! -Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR