Eltun Süleymanov:” Həyata keçirilən enerji layihələri Azərbaycanı Avropaya yaxınlaşdırmaqla bərabər, Cənubi Qafqazda söz sahibinə çevirir”

7-02-2023, 10:05 53 dəfə baxılıb

Eltun Süleymanov:” Həyata keçirilən enerji layihələri Azərbaycanı Avropaya yaxınlaşdırmaqla bərabər, Cənubi Qafqazda söz sahibinə çevirir”


“Bu günlərdə bütün dünyanın diqqəti yenidən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün keçirildiyi Azərbaycana yönəlib Avropa ölkələri dəfələrlə bəyan etdiyi kimi, vaxtilə “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi müdrik qərar idi və bu layihə olmasaydı, indi, enerji böhranı şəraitində Avropa ölkələri üçün daha çətin olardı. Belə bir məqamda, enerji təhlükəsizliyinin qlobal problemə çevrildiyi vəziyyətdə Azərbaycanda Avropanı qazla təmin etmək kimi böyük bir missiyanın həyata keçirilməsi sıradan bir iş deyildir. Bu fəaliyyətin doğrulmasında mühüm əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinə dair Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün keçirilməsi ölkəmizin qitədə oynadığı mühüm rolun təzahürüdür.
Cənub Qaz Dəhlizi ideyası Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və xarici siyasət strategiyası sayəsində reallaşmış meqalayihədir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə əvvəldən gələcək üçün nəzərdə tutulmuşdu, layihənin ilk günlərindən potensialın genişləndirilməsi barədə artıq danışılırdı. Bu baxımdan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticələrindən biridir. İndi isə bu infrastruktur vasitəsilə qaz tədarükünün artırılmasına real ehtiyac yarananda Azərbaycan etibarlı tərəfdaş kimi sözünün üstündə durur və daha çox “mavi yanacaq” verməyə hazır olduğunu bildirir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Azərbaycan müstəqillik illərində təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və ölkənin uzunmüddətli inkişafına hesablanan yeni neft strategiyasını uğurla reallaşdırır. Haqlı olaraq Cənub Qaz Dəhlizi də respublikamızın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biri kimi səciyyələndirilir. Həmçinin u layihə dünyanın enerji təhlükəsizliinə vedriyi töhfəyə görə diqqət mərkəzindədir.
Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşündə cənab Prezident İlham Əliyev belə səciyyələndirmişdir: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.”
Görüşdə qeyd edilmişdir ki, Azərbaycan Avropanın artan tələbatını ödəmək üçün həm təbii qaz, həm də bərpa olunan enerji üzrə böyük potensiala malikdir.
Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrə yaxındır. Təkcə “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən artıqdır. Bu isə Azərbaycana növbəti 100 ildə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi qalmağa imkan verir.”
Eltun Süleymanov bu gün hamını düşündürən, çoxları üçün əlçatmaz olan, Azərbaycanda isə sürətlə reallaşdırılan yaşıl enerji layihəsinə toxunaraq bildirmişdir ki, Azərbaycan bu sahədə unikal ölkələrdən biridir. Təbiət ölkəmizə bu baxımdan da səxavətini əsirgəməmişdir. Azərbaycanın bərpa olunan enerji potensialına gəlincə, quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi isə 157 giqavatdır. Azərbaycan strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisi istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 giqavat əlavə güc yaratmağı planlaşdırır.
Artıq “yaşıl” enerji ilə bağlı həyata keçirilən layihələr Azərbaycanı Avropaya daha da yaxınlaşdıracaq.”
Təbiətin bəxş etdiyi potensialdan səmərəli, vaxtında istifadə etmək isə daha ciddi məsələdir. Bu işi həyata keçirmək üçün güclü siyasi iradə və müdrik qərar qəbulu vacib şərtlərdəndir. Bunu isə Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi siyasətçilər reallaşdıra bilər. Bir zamanlar ciddi enerji böhranı yaşayan Azərbaycanı enerji ixrac edən ölkəyə çevirmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, dünya siyasi səhnəsində özünəməxsus imici ilə fərqlənmək hamıya nəsib olmur. Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli nümayəndəsi olan cənab İlham Əliyev öz müdrik siyasəti ilə daha böyük layihələrə imza atacaqdır. Biz buna inanırıq!-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR