Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

26-04-2023, 10:22 49 dəfə baxılıb

Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir


25 Aprel 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı Sağ sahil (Ağsu Rayon Mərkəzi Xətəxanası) ərazi partiya təşkilatında görkəmli oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov qeyd etmişdir ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.
Daha sonra çıxış edənlər Zərifə xanım Əliyevanın böyük alim olmaqla yanaşı görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutmasından, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmasından və 44 günlük Vətən müharibəsi zəfərinin şəriksiz müəllifi, Qarabağın xilaskarı, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev kimi məharətli və güclü siyasi lider yetişdirməsindən bəhs ediblər.


Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir
Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir
Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir
Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR