44 günlük müharibə veteranı tanınmış mügənni tərəfindən təhqir və təhdid edilir - Ölkə rəhbərliyinə ŞOK MÜRACİƏTZ

13-06-2023, 13:15 28 dəfə baxılıb

44 günlük müharibə veteranı tanınmış mügənni tərəfindən təhqir və təhdid edilir - Ölkə rəhbərliyinə ŞOK MÜRACİƏTZ


Azərbaycan xalqı digər sovet xalqları ilə birlikdə 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə fəal iştirak edib, bu müharibədə böyük qəhrəmanlıqlara imza atıb. 44 günlük müharibədə isə xalqımızın qeyrətli oğulları müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardılar. Bu müharibədə iştirak edən hər bir qazi, hər bir veteran bizim üçün əziz və dəyərlidir. Onları dəyərli edən isə Vətənimiz, xalqımız, bayrağımız uğrunda vuruşmalarıdır. Biz qazilərimizin, veteranlarımızın göstərdiyi qəhrəmanlıqları qarşısında baş əyməliyik. Lakin bəzən aramızda cox az da olsa elələri də tapılır ki, onların hərəkətlərinə təəssüf hissi keciririk. Özü də belələri cəmiyyət arasında az-cox tanınmışlardan olanda acı təəssüfümüz nifrətə cevrilir.

Qaynarxett.az xəbər verir ki, Cəfərov Rafiz Azər oqlu 44 günlük müharibə veteranıdır. O, sosial şəbəkələrdə bir video-müraciət paylaşıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, ölkənin Baş prokuroru Kamran Əliyevə, Müdafiə naziri general
polkovnik Zakir Həsənova, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova ünvanlanan video-müraciətində müharibə veteranı tanınmış mügənni Şöhrət Məmmədov tərəfindən təhqir və təhdid olundugunu bildirir.

Daha ətraflı aşagıda sizə təqdim etdiyimiz video-müraciətdə tanış ola bilərsiniz.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR