Qəti qələbənin simvolu

13-11-2023, 12:39 24 dəfə baxılıb

Qəti qələbənin simvolu


Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, diz çökdürüldü. Məcbur olub 10 noyabrda kapitulyasiya aktına imza atdılar. Bu dövlətimizin uğurudur. Bu qələbə tarixdə əbədi qalacaq. Biz gücümüzü dünyaya göstərdik, işğal olunmuş torpaqlarımızı azad etdik. Hüquqi sərhədlərimiz bərpa olundu. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədaləti bərpa etdik. Şanlı qələbəmiz xalqımızın güclü, əzmkar olduğunu bütün dünyaya nümayiş etdirdi. Babəklər, Cavanşirlər, Tomrislər yetişdirən Azərbaycan öz adını tarixə qızıl hərflərlə yazdı. Düşmənə sübut etdi ki, bizim güclü ordumuz, sözü və əməli bir olan Prezidentimiz var. Biz yumruq kimi birləşmişik. 2020-ci ilin yekununda xalqımız öz adını tarixə yazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 gün ərzində tarixi Qələbə qazanaraq torpaqlarımızı azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.
Zəfərimizin müəllifi, memarı Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də dediyi kimi: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir…”
Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib: “"Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı.
Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur. Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm"
Bəli, azərbaycan xalqı, Azərbaycan ordusu elə möhtəşəm qələbələ imza atdı ki, müasir hərb tarixində qızıl hərflərlə yazıldı. Cari ilin sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.Xankəndində üçrəngli Azərbaycan bayrağı dalğalandı.
Noyabrın 8-də Zəfər günü münasibətilə keçirilən parad isə bütün qələbələrimizin məntiqi sonluğu oldu.Müzəffər Ali baş Komandan, azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev paradda çıxış edərək son üç ildə baş verən prosesləri təhlil etdi. Cənab Prezident dedi:” Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”
Bu üç il ərzində- 44 günlük meüharibədə və müxtəlif əməliyyatlarda hərbçilərimizin qəhrəmanlığını yüksək qiymətləndirən ölkə başçısı bildirdi ki, “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.”
Qələbə paradındakı çıxışını nikbin notlarla bitirən cənab Prezidnet dünyaya belə jir mesaj verdi: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR