Lütviyyə Cabbarova: Qəhrəmanlıq ruhu və Qələbənin simvolik məkanı

Laçın Rayon R.H.Hümbətov adına Güləbird kənd tam orta məktəbinin direktoru Lütviyyə Cabbarova Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Lütviyyə Cabbarova - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Lütviyyə Cabbarova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Laçın Rayon R.H.Hümbətov adına Güləbird kənd tam orta məktəbinin direktoru Lütviyyə Cabbarova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Lütviyyə Cabbarova bu işin müqəddəsliyini qoruyub saxlayır. Lütviyyə Cabbarova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Lütviyyə Cabbarova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Laçın Rayon R.H.Hümbətov adına Güləbird kənd tam orta məktəbinin direktoru Lütviyyə Cabbarovanın qardaşı Cabbarov İlyas Vaqif oğlu Azərbaycan Bayrağı Ordenli şəhidimizdir. Qardaşımız 1993-cü il iyul ayının 20 də Laçın uğrunda gedən döyüşlərdə, Suarası kəndində şəhid olmuşdur.
Laçın Rayon R.H.Hümbətov adına Güləbird kənd tam orta məktəbinin direktoru Lütviyyə Cabbarova - Azərbaycan xalqı tarix boyu öz iradəsi, mətinliyi və mübarizliyi ilə seçilmişdir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə milli qürurumuzun və birliyimizin zirvəsi oldu. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi misilsiz qəhrəmanlıq yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirdi.
Bu Qələbənin simvolu olan Zəfər Parkı Bakının ən gözəl guşələrindən birində inşa edilərək bu nailiyyətin əbədiyaşarlığını təsdiqləyir. Cənab İlham Əliyev parkın açılış mərasimində çıxış edərək Zəfər tağı və abidənin əhəmiyyətini vurğuladı. 44 metrlik tağ və hər biri qələbənin bir gününü təmsil edən 44 sütun yalnız memarlıq baxımından deyil, həm də milli yaddaşımızı gələcək nəsillərə çatdıran bir irsdir. Burada tərtib ediləcək Zəfər Muzeyi isə xalqımızın qələbə tarixinin canlı şahidinə çevriləcəkdir.
Prezident İlham Əliyev çıxışında 44 günlük müharibənin yalnız hərbi əməliyyat olmadığını, həm də xalqımızın mətin iradəsinin, əyilməz ruhunun, birliyinin təntənəsi olduğunu vurğuladı. “Bu Qələbə bizimlə əbədi olacaq”, – deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan xalqı və dövləti artıq qalib statusunda yaşayır və bu status gələcək uğurlarımızın təməlidir.
Eyni zamanda, dövlətimizin inkişafında əsas rol oynayan xalq-iqtidar birliyi və vətənpərvərlik ruhu Zəfərin qazanılmasının təməl daşları oldu. İndi Azərbaycan qalib dövlət olaraq regionda sülhün və təhlükəsizliyin qarantıdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, tarixi ədalətin bərpasını təcəssüm etdirir.
Zəfər Parkının açılışı ilə Azərbaycan xalqı bir daha dünyaya öz gücünü, iradəsini və qələbəyə sarsılmaz inamını nümayiş etdirdi. Bu park yalnız şəhərimizin memarlıq üslubuna yeni nəfəs gətirmir, həm də qəhrəmanlıq ruhumuzu əks etdirən simvolik bir məkan olaraq tarixi mirasımızın ayrılmaz hissəsinə çevrilir.