Skandinaviyalı pilotlar 9 min dollar maaşa “azdır” deyir

29-04-2019, 17:28 292 dəfə baxılıb


Skandinaviyalı pilotlar 9 min dollar maaşa “azdır” deyir
SAS hava yolları şirkətinin pilotları tətilə başlayıb.
Bu üzdən bir çox reyslər təxirə salınıb.Adı "Skandinaviya hava yolları sistemi” kimi tərcümə olunan şirkət ciddi problemlə üzləşib. Pilotlar reysləri həyata keçirməkdən boyun qaçırır. Onlar məvaciblərin artırılmasını tələb edir. SAS isə tələblərin çox yüksək olduğunu bildirir.

Hava yolları şirkətinin iddiasına görə, pilotlar orta hesabla 9 min dollar maaş alır. Həmkarlar ittifaqı isə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirir. SAS bir neçə dəfə pilotların maaşını artırdığını qeyd edib. Şirkətin mətbuat xidməti skandinaviyalı təyyarəçilərin Avropadakı digər həmkarlardan daha çox qazandığını xüsusi vurğulayır. Amma istənilən halda SAS danışıqlar stolu arxasına keçməyə hazırdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR