Hindistanlı Rekordlar kitabına düşmək üçün 63 ildir dırnaqlarını uzadır

7-10-2015, 10:44 722 dəfə baxılıb

Hindistanlı Rekordlar kitabına düşmək üçün 63 ildir dırnaqlarını uzadır


















Xarici görünüşünün özəlliklərinə görə onu işə götürmürdülər

Hindistan sakini Şridhar Çillal dünyanın ən uzun dırnaqlı adamı kimi Ginnesin rekordlar kitabına düşüb, O Guinness World Records xəbər verir.

Kişi sol əlində dırnaqlarını 1952-ci ildən bəri kəsmir. Dırnaqlarının ümumi uzunluğu 909,6 sm-dən (müxtəlif barmaqlarında 164,5-dən 200 sm qədər) ibarət olub.

Kişinin sözlərinə görə, dırnaqlar çox kövrəkdir, ona görə də ehtiyatlı olmaq lazım gəlir, xüsusilə də yatarkən. Şridhar gecə hər yarım saatdan bir oyanıb, əlini tərpətməli olduğundan şikayət edir.

Xarici görünüşünün özəlliklərinə görə onu işə götürmürdülər və o, uzun müddət evlənə bilmirdi. Amma bu narahatlıqlar özünü doğruldub.

“Mən heç vaxt növbədə gözləməli olmuram”, - o deyib.

Bundan başqa, rekordsmen həmişə diqqət mərkəzində olmağı sevir. Şridrahın 78 yaşı var, sol əlindəki dırnaqlarının 62 yaşı var. Öz məqsədinə çatan hindistanlı dırnaqlarını muzeyə verməyi düşünür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR