Mətbuat azadlığı geriləyir

7-06-2019, 10:47 264 dəfə baxılıb

Mətbuat azadlığı geriləyir

Bir zamanlar azad olan ölkələrdə belə qlobal mətbuat azadlığı sahəsində geriləmə müşahidə edilir. Müstəqil müşahidə təşkilatı Freedom House-un hesabatında deyilir ki, Mərkəzi Avropadan tutmuş ABŞ-a qədər mediaya qarşı repressiyaların müxtəlif yeni formaları yaranıb. Bildirilir ki, Tramp administrasiyasının jurnalizmə və mətbuata təzyiqlərinin yeni formaları narahatlığa əsas verir.

“Müstəqil jurnalistikaya təzyiq göstərənlər birləşərək bir qüvvə yaradıb. Həssas demokratiyaların yeni takitaları da narahatlqı mövzusudr.”

Bu, Freedom House-un mətbuat azadlığına dair hesabatda bildirilir.

Freedom House-un bildirdiryinə görə, Çinin qlobal təsiri və Afrikanın mediaya təzyiqi təhlükələr sırasındadır.

“Onlar öz mesajlarını özlərinə yaxın media və KİV-lər vasitəsi ilə yayır. Onlar bunu jurnalistlərə təzyiq göstərməklə edir. Həm də senzura mövcud olan ölkələrdə diplomatlar və media sahibləri Çinin adından bunu edir” – deyə, hesabatın baş müəllifi Sara Repuçi bildirib.

Freedom House qlobal media azadlığının geriləməsini sağ cinah populizminin artması ilə dünyada ağırlaşan vəziyyətlə izah edir.

Dünyanın qeyri-azad Avrasiya, Yaxın Şərq və Qərbi Afrika ölkələrində mətbuat azadlığı 2014-cü ildən bəri 9-la 11 faiz arasında geriləyib.

Hər beş ölkədən dördünün azad olduğu Avropada da geriləmə müşahidə edilir. Avropada mətbuat azadlığı sahəsində 8 faiz geriləmə olub.

Freedom House-un hesabatında deyilir ki, azad ölkə kimi tanınan 16 dövlətdə də son 5 ildə geriləmə müşahidə edilib.

Sara Repuçi deyir ki, Freedom House-un dünyanın aparıcı demokratik qüvvəsi adlandırdığı ABŞ-da təhdidlər və hücumlarla üzləşən medianın güclü müdafiə sistemi mövcuddur.

“Əsas xəbər mediası belə hücumlara qarşı kəskin müqavimət göstərir və liderlərin məsuliyyətini daşıdığı məlumatları yayır. Lakin bunun dəyişə biləcəyi, olduğumuz yerdə qala biləcəyimiz narahatlıq doğurur.”

Sudan və Venesuela kimi ölkələrdə məhdudiyyətlərə baxmayaraq, sosial media geniş rol oynayır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR