Berdiməhəmmədov oğluna yüksək vəzifə verdi

18-06-2019, 13:06 282 dəfə baxılıb

Berdiməhəmmədov oğluna yüksək vəzifə verdi


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı yüksək vəzifəyə təyin edib.

Bu barədə ölkənin dövlət informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Sərdar Türkmənistanın mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin olunub.

Buna qədər o, 2019-cu ilin yanvarından bu günə qədər regionun qubernator müavini kimi fəaliyyət göstərib.

Prezidentin yeganə oğlu silahlı qüvvələrdə leytenant polkovnikdir.

O, 2016-cı ildə millət vəkili seçilib, 2018-ci ilin martında isə Xarici İşlər Nazirinin müavini postuna gətirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR