Ankara terroru haqda şok: “Terrorçular Azərbaycan dilində danışırdılar” –

14-10-2015, 13:17 662 dəfə baxılıb

Ankara terroru haqda şok: “Terrorçular Azərbaycan dilində danışırdılar” –











Türkiyənin Ankara şəhərində törədilən terror hadisəsinin şahidi olan 15 yaşlı bir qız (adı açıqlanmır) kamikadzelər olduğu ehtimal edilən şəxslərin partlayışdan əvvəl ərazidə yerləşən məscidin tualetinə getdiklərini deyib

O bildirib ki, həmin şəxslər üzərlərindəki bombaları partladıblar və hadisə nəticəsində onun da dostu parça-parça olaraq ölüb. Qeyd olunur ki, 15 yaşlı şəxs polis bölməsində də bu barədə danışıb. Onun iddialarının araşdırılması istiqamətində təhqiqat aparılır.
Hadisə şahidi söyləyib ki, partlayışdan əvvəl tualetdən çıxan iki çarşablı qadını görüb. Daha sonra o içəriyə baxanda isə orada da dörd nəfərin olduğunu müşahidə edib. Qızın iddiasının sensasion sayıla biləcək tərəfi isə terrorçular sırasında azərbaycanlıların olması ilə bağlı irəli sürdüyü versiyadır. Onun bildirdiyinə görə, həmin 4 nəfər öz aralarında kürdcə və azərbaycanca danışıblar.
“Onlar bir-birlərinə nəsə deyirdilər. Sonra isə bombalardan nəsə düzəltməyə çalışırdılar. Onlar bombaları normal mexanizmlə düzəltmədilər. Quruşdırdıqları bombaları qara əski ilə bağladılar. Biri də onu üstünə bağladı”,-deyə gördüklərini dilə gətirib.
Şahid qız daha sonra əlavə edib: “Onların bel çantaları var idi. Biz (ölən dostunu nəzərdə tutur) onları görüb çıxdıq. Polislərə gördüyüm adamlar barədə xəbər verdim. Lakin onlar məni dinləmədilər… Bel çantaları olan adamlar bombanı qoyub getdilər. Terrorçulardan dördü çöldə, dördü isə içəridə idi. Hamısı birdən eyni istiqamətə getdi, bombalardan birini orada partlatdılar. Sonra yerdəki qanlı ət parçalarını əllərinə alıb üzlərinə sürtdülər. Daha sonra bombalardan birini Xalqların Demokratik Partiyasının (HDP) üzvlərinin yığışdığı yerdə partlatdılar. Terrorçular bombanı mənim dostumun üzərinə də atdılar. O da parça-parça oldu. Başı isə ayağımın altına düşdü”.
Qeyd edək ki, dəhşətli terrordan sonra Türkiyənin uzun müddətdir axtarışa verdiyi “İslam dövləti” (İŞİD) qruplaşmasının 21 üzvünün siyahısı yenidən gündəmə gəlib. 6-sı qadın olan və “canlı bomba” kimi xaraketrizə edilən həmin siyahıda azərbaycanlı qızın da adı var. Bu, Türkiyədə axtarışa verilən Ülkər Məmmədovadır.(modern.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR