ŞOK- ATA QIZI İLƏ EVLƏNƏ BİLƏR-İRANDA

18-10-2015, 14:50 790 dəfə baxılıb

 ŞOK- ATA QIZI İLƏ EVLƏNƏ BİLƏR-İRANDA



















İran parlamenti şok effekti yaradan qanun layihəsini qəbul edib

"Azyaşlıların hüquqlarının qorunması və təmin olunması haqqında" adlanan qanun layihəsindəki bəndlərdən biri ataya, övladlığa götürdüyü azyaşlı qızı ilə evlənməyə icazə verir.Qanun layihəsinə görə, bundan sonra İranda qızlar 13, oğlanlar isə 15 yaşdan sonra ailə həyatı qura bilərlər. Hüquq müdafiəçilərinin dediklərinə görə, iranlı parlamentarlar bu minvalla uşaqbazlığı, pedofiliyanı qanunlaşdırıblar. "Tabnak" bildirir ki, 2010-cu ildə İranda yaşları 10-14 arasında olan 42 min uşaq, Tehranda isə yaşı 10-a çatmamış ən azı 74 qız zorla ərə verilmişdi. 2011, 2012 və 2013-cü illərlə bağlı statistika daha qorxuncdur.

Bizimhedef.info xəbər verir ki, Milli.Az The Guardian-a istinadən bildirir ki, iranlı hüquq müdafiəçisi Sədi Sədhr deyib: "İran mədəniyyətində, adətlərində və ənənələrində atanın övladlığa götürdüyü qızı ilə evlənməsi kimi bir şey yoxdur.İranda zina və pedofiliya da başqa ölkələrlə müqayisədə nə az, nə də çox deyil. Amma bu qanun uşaqbazlığı, pedofiliyanı leqallaşdırır. Halbuki hər hansı ata yetkinlik yaşına çatmamış qızı ilə evlənirsə, onunla cinsi əlaqəyə girirsə, bu təcavüz, pedofiliyadır". İranın mövcud qanunvericiliyinə görə, 13 yaşına çatmamış uşaq yalnız məhkəmənin qərarı və hakimin icazəsi ilə evləndirilə bilər. Ögey övladla evlənmək isə qəti qadağan idi.Dinşünas ekspertlər də yeni qanun layihəsinin İslama qarşı olduğunu deyirlər. İrandakı Uşaq Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Şiva Dövlətabadi "Şarq" qəzetinə verdiyi açıqlamasında bildirib ki, qanun layihəsi zinanı qanuniləşdirdi.Yerli medianın fikrincə, bu qanun layihəsi "sarsaq"dır və ölkənin ən səlahiyyətli strukturu olan Mühafizəkarlar Şurası tərəfindən rədd ediləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR