“Azərişıq”ın idarə rəisinin 2 oğlu İŞİD-ə qoşulub

19-10-2015, 16:32 729 dəfə baxılıb

“Azərişıq”ın idarə rəisinin 2 oğlu İŞİD-ə qoşulub














Xızı Elektirk Şəbəkəsinin rəisi Asim Qəmbərovun oğlanlarından biri həbs olunsa da, digəri hazırda Suriyada döyüşür

“Azərişıq” ASC-nin Xızı şəbəkəsinə rəisi Asim Qəmbərovun 2 oğlundan biri İŞİD terror təşkilatına qoşulub. Bu məlumatı redaksiyamıza Xızı sakini, həmçinin həmin idarədə işləyən Tahir Xudiyev məlumat verib.

O iddia edib ki, Asim Qəmbərovun oğlu Azər Qəmbərov İŞİD-ə qoşulduğu üçün həbs olunub və hazırda həbsdədir. “Azər Qəmbərov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriyada İŞİD terror təşkilatı və digər silahlı birləşmələrin fəaliyyətində iştirak edib. MTN İstintaq Baş İdarəsi tərəfindən haqqında Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Tahir Xudiyev redaksiyamıza yazır ki, Asim Qəmbərovun digər oğlu isə hazırda Suriyada döyüşür. “Asim Qəbmərovun tərbiyə edib, böyütdüyü 2 oğlu dövlət qarşı çıxıb. O da dövlətdən aldığı maaşla, qazandığı pullarla dövlətə qarşı çıxan övladlarının ailələrinə baxır. Dövlət siyasətini dəstəkləyənlər AZƏRİŞIQ tərəfindən çıxarılır. Nəzarətçi-mühəndisi Rəşad Hümbətov nəzarət qrupunda quldurluq edir. Nəzarətçi-mühəndisə xüsusi xidməti avtomobil də ayrılıb”.

O qeyd edib ki, Xızı Elektrik Şəbəkəsinin rəisi “Azərişığ”ın Şimal RETSİ-ni ailə şirkətinə çevirib. “Bir ailənin 2, hətta 3 üzvü, ər-arvad, ata-oğul, həmçinin pensiyaçılar işlə təmin edilib. “Lakin ailənin tək işləyən şəxslər işə qəbul edilməyib”.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR