Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”

16-10-2019, 18:39 310 dəfə baxılıb

Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”


Nikol Paşinyan Ermənistanı bir vaxtlar "Aykakan jamanak” qəzetinə rəhbərlik etdiyi kimi idarə edir. Və söhbət klassik bir qəzetdən deyil, sarı mətbuatdan gedir.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müqəddəs Taxt- tacdakı (Vatikan) keçmiş səfiri Mikael Minasyan məqaləsində yazıb. Onun sözlərinə görə, Paşinyanın idarəçiliyinin prinsiplərində və qaydasında heç nə dəyişməyib:
“Sadəcə, redaksiya mikromühitini böyük coğrafimiqyaslı bir məkana köçürüb. İndi biz hamımız “Aykakan jamanak” ölkəsində yaşayırıq. Cəmiyyət üç yerə bölünüb - jurnalistlər, oxucular və qəzet oxumayanlar. Qəzetin redaktoru olduğu kimi, indi də Nikol Paşinyan məsuliyyəti üzərinə götürmək və ya məsuliyyətini heç kimlə bölüşmək istəmir. Onun üçün əsas olanı populist əməllərini təqdim etməkdir.

Ancaq dram bununla bitmir: fakt budur ki, qəzet məntiqinin əhval-ruhiyyəsində təkcə Nikol Paşinyan deyil, eyni zamanda məsuliyyəti bölüşməyən, mifologiyalı Paşinyan dünyasında olan cəmiyyətin bir hissəsi də yaşayır".

Diplomat vurğulayıb ki, Paşinyanın idarəçilik qaydalarına görə, ölkə gündəmi bir neçə vacib informasiya janrını əks etdirməlidir:

"Birincisi, günün ifşası: Burada hansısa məmurun böyük korrupsiya əməllərindən və onun həbsindən söhbət gedir. Bunun yalan və ya gerçək olub-olmağının, oğurluq faktının və ya miqdarın sübuta yetirilməsinin heç bir əhəmiyyəti yoxdur. Bu janrı xəbər lentində vermək lazımdır və nöqtə.

Günün selfisi: Hər gün ən azı kimləsə şəkil çəkdirmək lazımdır. Şənbə günü axşam Serj Tankyan, bazar günü Kim Kardaşyan, bazar ertəsi günü Aleksis Ohanyan, çərşənbə axşamı günü ən azı Tiqran Mansuryan. Çünki daha maraqlı insanlar tapmaq mümkün olmayıb.

Selfi mütləqdir, buna qədər və bundan sonra nə danışılması, müzakirələrin nə dərəcədə səmərəliliyi, onun dövlətə hansı faydanı gətirəcəyinin əhəmiyyəti yoxdur. Bunlar hamısı tamamilə lazımsız və yersiz suallardır.

Günün qəhrəmanı: Burda bir incə məqam var. "Aykakan jamanak" ölkəsində qəhrəmanlar həmişə eynidir - bu baş nazir Nikol Paşinyan və xanımıdır".

Keçmiş səfir Rusiya ilə münasibətlərə də toxunub: “Biz Putini həyacanla gözləyirik, daha sonra onu incidirik, Rusiya səfirliyindəki görüşə görə qəzəblənirik, amma hava limanında günü səmimi qucaqlama ilə bitiririk. Məzmun? Sıfır. Ertəsi günün sualı: beləliklə, Rusiya ilə münasibətlərimiz yaxşıdır, yoxsa pis? Artıq vacib deyil. Yeni bir gün başladı. Yeni qonaq gəldi".

Daha sonra keçmiş səfir yazıb ki, “Aykakan jamanak" ölkəsinin ən böyük dramı əslində dövlətin nəinki strategiyası, həm də hədəfinin olmamasıdır:

"Yalnız daimi bir məqam var: Nikol Paşinyan həmişə “AJ”-nin redaktoru olub və indi “Aykakan jamanak” ölkəsinin baş naziridir. Ölkənin bundan sonra necə olacağına dair suala cavab yoxdur.

O, “Qarabağ Ermənistandır və nöqtə” açıqlamasını verir. Əla başlıqdır, böyük reaksiya, yaxşı şüardır. Məgər nəticələr bu qədər vacibdir? Lazım gələrsə, son səhifədə təkzib dərc edəcək.

"Aykakan jamanak" ölkəsində qanunlar yoxdur: baş redaktor - baş nazirin kursu və bu gün üçün qərarlar var. Əgər maneələr yaradan qanun varsa, o zaman dəyişdirilməlidir. Heç bir hüquqi məntiq olmamalıdır. Miger Yeqizaryan ölsə də həbsdə oturmalı idi? Beləliklə, qalan heç nə vacib deyil.

Bu hakimiyyət barədə bir təkzibedilməz həqiqəti xatırlamaq lazımdır: Nikol Paşinyanın keçmişi və gələcəyi yoxdur. Yalnız indiki vəziyyətlə yaşayır. Daha əvvəl nə söylədikləri onu maraqlandırmır. Bu gün baş verənlər vacibdir.
"Aykakan jamanak" ölkəsində bütün məmurlar jurnalistlərdir: prokuror, nazir, qubernator. Ən yaxşı nazir, başqalarına nisbətən daha fəal şəkildə əhatə olunan və sosial şəbəkələrə daha çox diqqət yetirən şəxsdir. Hökumət yoxdur. Bu adi bir nəşrdir və bir insanın ambisiyalarına xidmət etməlidir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR