"Sən Fransanın üzqarasısan"

8-11-2015, 13:56 666 dəfə baxılıb

"Sən Fransanın üzqarasısan"
















Bu gün Sankt-Peterburqdakı Fransa konsulluğunun qarşısında "Charlie Hebdo" jurnalına qarşı aksiya keçirilib

ANS PRESS-in məlumatına görə, konsulluğun qarşısında keçirilən etiraz aksiyasına səbəb ötən gün Fransız jurnalının Misirdə Rusiya avialeynerinin qəzasına həsr etdiyi karikaturaların dərc edilməsidir.

Bu gün keçirilən piketlərdə insanlar əllərində qəza zamanı həlak olanların şəkillərini və "sizin də uşaqlarınız nə vaxtsa Sinay yarımadası üzərindən uçarlar" - sitatı ilə plakatlar gətiriblər.

Eyni zamanda, bəzilərinin əlində "Charlie Hebdo" jurnalının baş redaktorunun şəkli və şəklin altında "sən Fransanın üzqarasısan!"- yazısı da olub.

Xarici KİV-lərin məlumatına əsasən, mitinqə çoxlu polislər də cəlb olunub, lakin heç bir qarşıdurma baş verməyib.

Sankt-Peterburq bölməsinin rəhbəri Anatoli Artuxun sözlərinə görə, səfirlikdən mühafizəçi çıxıb və aksiyanı görərək, təəccüblənib, daha sonra hadisə yerinə polis çağırıb.

Mitinqi dağıtmağa gələn polislər aksiya iştirakçılarının sənədlərini yoxladıqdan sonra onlara heç bir təzyiq göstərməyiblər.

Ötən gün Fransanın həftəlik satirik jurnalı olan "Charlie Hebdo"-nun müəllifləri oktyabrın 31-də baş verən və təyyarədəki 224 sərnişin və ekipaj üzvünün hamısının həlak olduğu A 321 təyyarə qəzası ilə bağlı 2 karikatura çəkiblər.

Bunlardan birində İŞİD terrorçusu təsvir edilir. Onun üzərinə partlayan təyyarənin qırıntıları, sərnişinlərin əşyaları, insanlar tökülür.

Karikaturaya isə belə bir şərh verilir: "İŞİD: Rusiya aviasiyası yenə bizə qarşı bombardmanı gücləndirib".

İkinci karikaturada isə kəllə sümüyü təsvir edilib və həmin kəllə sümüyünün "düşüncələri" yazılıb: "Kaş ki, milli aviaşirkətlə deyil, "Air Cocaine" aviaşirkəti ilə uçardım".

Artıq ötən gündən Rusiya rəsmilərindən "Charlie Hebdo"ya cavab da gəlib. Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini Aleksandr Romanoviç karikatura müəlliflərini sərt tənqid edib, onları "əclaf" adlandırıb.

"Onlar bütün abır-həyalarını itiriblər. Onlar əclafdırlar. Qoy redaksiya böhranda olan zaman onu dəstəkləyənlər məni eşitsinlər", - deyə Alensandr Romanoviç hiddətlənib.

"Charlie Hebdo" jurnalında bundan əvvəl də faciələrlə bağlı karikaturalar çəkilmişdi. Məsələn, Türkiyə sahillərində ölmüş 2 yaşlı Aylanın cansız bədəni və ümumiyyətlə, miqrantlarla bağlı jurnalda 2 karikatura yayımlanmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR