Beyrutda baş verən terror aktlarında ölənlərin sayı 37-yə çatdı - YENİLƏNİB

13-11-2015, 11:52 823 dəfə baxılıb

Beyrutda baş verən terror aktlarında ölənlərin sayı 37-yə çatdı - YENİLƏNİB















Partlayışlara görə İŞİD məsuliyyəti öz üzərinə götürdü

İŞİD yaraqlıları Beyrutun cənub istiqamətində baş verən partlayışların arxasında durduğunu bəyan edib.

Bu barədə LifeNews xəbər verir.

Yerli KİV-in məlumatına görə, terror aktı nəticəsində 37 nəfər həlak olub, 180 nəfər yaralanıb.

22:07

Livanın paytaxtı Beyrutda baş verən terror aktlarının qurbanlarının sayı 37-yə çatıb.

RİA Novosti-nin məlumatına görə, 180 yerli sakin partlayışlar zamanı müxtəlif xəsarətlər alıb.

21:35

Livanın paytaxtı Beyrutun cənubunda Burc-əl-Barac rayonunda baş vermiş partlayışlar nəticəsində səkkiz nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə Qırmızı Xaç komitəsinin Livandakı nümayəndəliyi məlumat yayıb.

“Əl-Mayadin” telekanalının məlumatına görə, terror aktları motosikletdə olan terrorçu-kamikadzelər tərəfindən törədilib.

İlkin məlumata əsasən, onlardan biri şiə məscidinin, digəri isə Əl-Mansur ticarət mərkəzinin yanında özünü partladıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerlərini mühasirəyə alıblar.

Ekspertlər terror hadisələrinə görə məsuliyyəti İŞİD təşkilatının üzərinə qoyurlar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR