Qırğızıstanda koronavirusa daha 25 nəfər yoluxub
![]()
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa 25 yoluxma halı qeydə alınıb.
Bunu ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbeyev brifinq zamanı deyib.
Onun sözlərinə görə, yoluxma hallarından 6-sı ölkənin paytaxtı Bişkek şəhərində, 3-ü Oş vilayətində, 3-ü Oş şəhərində, 4-ü Çuy vilayətində, 9-u isə Narin vilayətində aşkarlanıb.
Nazir müavini qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 656 nəfərə çatıb.