Lavrov bu mesajla Paşinyanın sonunu gətirdi - TƏHLİL

28-04-2020, 16:13 281 dəfə baxılıb

Münaqişənin həlli sürətləndirilməlidir. Lavrovun da son çıxışı onu göstərir ki, Ermənistan gec-tez konstruktiv mövqe tutmalı və işğaldan əl çəkməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Lavrovun Qarabağla bağlı “mərhələli həll” variantının masada olduğunu söyləməsindən sonra İrəvanda baş verən prosesləri şərh edərkən deyib. O bildirib ki, Ermənistanda mövcud vəziyyət günbəgün pisləşməyə doğru gedir:

“Bu bütövlükdə iqtisadi-sosial, siyasi sahədə özünü göstərir. Hazırda Ermənistanda həm də siyasi xaos yaşanır. Çünki hakimiyyətə gələn istənilən rəhbər xalqın gözləntilərini qarşılaya bilmir. Erməni cəmiyyəti nə Qarabağ, nə də iqtisadi səbəblərdən etiraz edir. Düzdür, bu faktorlar da öz sözünü deyir, lakin bu gün əsas aktual olan məsələ Ermənistanın suverenliyini itirmək təhlükəsidir”.

Politoloq deyib ki, Nikol Paşinyandan sonra hakimiyyətə kimin gələcəyini demək çətindir:

“Rusiya uzun illərdir Ermənistana hər cür yardım edir. Xüsusilə, iqtisadi və hərbi dəstəyini göstərir. Ermənistan isə həmişəki nankorluğu ilə Rusiyaya cavab verir. Ümumiyyətlə, erməni xalqı heç nəyə qane olmur və hər zaman narazıdır. Bu baxımdan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı mövqeyi də Ermənistan cəmiyyətində sərt qarşılandı və Rusiyaya aşırı aqressiya başladı. Xüsusilə, bu məsələdə bu gün Nikol Paşinyan günahlandırılır. Xalq Paşinyanı Qarabağı satmaqda ittiham edir. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan Dağlıq Qarabağ probleminin əsirinə çevrilib. Faktiki olaraq, Ermənistan bu gün işğalçı tərəfdir. Azərbaycan torpaqlarına hücum edərək həm özlərini, həm də regionu çıxılmaz bir siyasi düyünün içinə salıblar. Hakimiyyətə gələn istənilən erməni rəhbər bu siyasi düyünün girovuna çevrilir. Bu gün Paşinyandan sonra hakimiyyətə kimin gələcəyini demək çətindir. Çünki Ermənistan siyasi elitası çox qarışıqdır. Lakin bu realığı unutmamaq lazımdır. Eks-prezident Sərkisyan gözlənilmədən referenduma gedərək ölkəni parlamentli respublikaya çevirdi. O, bu yolla baş nazir olub, hakimiyyətdə qalmaq istəyirdi. Düzdür, baş nazir oldu, lakin heç kəsin gözləmədiyi bir anda xalq hərəkatı başladı və Nikol Paşinyan hakimiyyəti ələ aldı. Bu mənada sabah Paşinyanı kimin əvəz edəcəyini demək çətindir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR