Məhəmməd Əmin Rəsulzadə sığınacağı Paşinyanı xilas edəcəkmi? - ŞƏRH

18-05-2020, 17:35 191 dəfə baxılıb

Ermənistan cəmiyyəti yeni inqilaba hazırlaşana oxşayır. Baş nazir Nikol Paşinyanın nüfuzunun azalması, axır vaxtlar onun çıxışlarında vurğulanan məsələlər, komandasında baş verən son istefalar da bu ehtimalı gücləndirir. İki il əvvəl hakimiyyətə gələn yeni qüvvələr əvvəlkilərdən heç nə ilə fərqlənməyib. Onlar da Ermənistanı xarici yardımların hesabına yaşadırdı, Paşinyan da və s. Onu sələflərindən fərqləndirən yeganə cəhət Dağlıq Qarabağdakı erməni icmasının Ermənistanda hakimiyyətdə olan nümayəndələrinə qarşı mübarizəsidir. Başqa sözlə, “Qarabağ mafiyasına” qarşı mübarizə ilə Paşinyan siyasi reytinqini artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır.

Bununla belə, Qarabağ icmasından olmayan baş nazir işğal altında saxlanılan Azərbaycan torpaqlarındakı ermənilərdən azalan nüfuzunu qaldırmaq üçün istifadə edir.

Koronavirus pandemiyası işğalçı ölkənin baş nazirinin idarəetmə qabiliyyətini və hökumətinin gücünü göstərir. Ermənistan hakimiyyətinin hazırda üzləşdiyi çətinliklərdən xilas olmaq üçün xarici donorlara üz tutmaqdan başqa yolu qalmayıb.

Donorlar hesabına ölkəsini maliyyə böhranından çıxarmağa çalışan Paşinyan ictimai nüfuzunu işğal altında olan Xankəndinə, Laçına, Kəlbəcərə, Şuşaya qanunsuz səfərlərlə qorumağa, artırmağa səy edir. O, belə səfərlərlə Dağlıq Qarabağdakı erməni icmasına xilaskar kimi görünməyə çalışır.

Paşinyan başqasının torpağına göz dikmək, faşist ideyasına qulluq etmək və başqa bu kimi davranışları ilə babalarından geri qalmadığını da təsdiqləyir.

Ermənistanda Nikol Paşinyanın savadsız olduğunu deyənlər, bunu sübuta yetirənlər az deyil. Son çıxışlarında o, saxtakar, tarixi gerçəklikləri təhrif etməyə cəhd göstərən yalançı kimi də özünü təsdiqlədi.

Belə bir deyim var: “Allah istəsə, şeytan da adama kömək edər”. O, çıxış və davranışı ilə həmin şeytana çevrilib. N.Paşinyan belə xüsusiyyəti ilə ermənilərə xidmət etməyə səy göstərir. Ancaq reallıqların üzə çıxmasına xidməti ilə təmsil etdiyi siyasi-milli ideologiyanın, erməniliyin çürük və mif olduğunu ifşa edir.

Ermənistan və ermənilər həmişə ələbaxan dövlət, xalq olublar. Ermənilər 1918-ci ilə qədər Osmanlının, SSRİ dövründə və 1991-ci ildən sonra isə Moskvanın himayədarlığı hesabına yaşayıblar.

2018-ci ildən sonra Paşinyanın təmsil etdiyi siyasi qüvvə asılılıq mərkəzini Rusiyadan Qərbə dəyişməyə cəhd edir. Ancaq ötən 2 il ərzində bu niyyəti reallaşdırmaq üçün etmad qazanmayıb. Ermənistana sərmayə yerinə humanitar yardımlar verilir. Rusiya isə rəsmi Yerevana hələ ki güzəştə gedənə oxşamır.


Hökuməti başçısı keçirdiyi mətbuat konfransında son 4 ayda koronavirusa qarşı mübarizə çərçivəsində əldə etdikləri uğurdan danışıb. Beynəlxalq Valyuta Fondu maliyyə yardımını 280 mln. ABŞ dollarınadək artırdığını, Almaniyanın isə 96 mln. avro qrant ayırdığını fəxrlə vurğulayıb. Yaxud əvvəlki illərdə olduğu kimi yenə də ermənilərə yardım adı altında keçirilən marafonlar bu dövlətin yalnız ələbaxım olduğunu təsdiqləyir.

Belə bir dövlətin və etnik qrupun müstəqil ideyası və hədəfi də kənardan ötürülmədir. Çünki etnos olaraq tarixboyu milli düşmən saydıqları, yaxud düşmən kimi onlara təqdim edilən türklərin himayəsində yaşayıb, mədəniyyətə yiyələniblər. Sadəcə etibarsızlıqları onların bəlasına çevrilib.

Zaman gələcək ermənilər bu gün onların başını sığallayıb, rəhbərlərinə dəstək verənlərə qarşı da çıxacaqlar. Nikol Paşinyan hakimiyyət gəldikdən sonra Rusiya ilə münasibətlərdə yaranmış vəziyyət bunun yeni dövrdə ilk görüntüləridir. Elə Rusiyanın son 100 ildə onlar üçün etdiklərini xatırlamaq kifayətdir.

SSRİ dövründə Ermənistan SSR dotasiya hesabına mövcud idi. Bu etnik qrup batan gəminin ilk tərk edənlərdən olmağa adətkardır. Rusiyanın vəziyyəti indi heç də yaxşı sayılmır. 2 ildir Paşinyan gəmini hamıdan tez tərk etmək istiqamətində fəaliyyət göstərir. Ermənistan parlamentində isə Rusiya gəmisini tərk etmək istəyənlər azlıqda deyillər.

Rusiyanın Ermənistana güzəştə getməməsi və ya Paşinyan hökumətinə bel bağlamadığını təsdiqləyən amillərdən biri təbii qazın qiymətinin ucuzlaşmaması ilə bağlı razılaşmaya nail olunmamasıdır. Bunu adi məsələ saymaq sadəlövlük olardı. Nikol Paşinyanın təmsil etdiyi qüvvələr hakimiyyətə gəldikdən sonra əksinə Rusiya Ermənistana satdığı təbii qazın qiymətini bahalaşdırıb.

2018-ci il dekabrın 31-də 2 ölkə arasında qazın alqı-satqısına dair müqavilə başa çatıb. Yeni anlaşmaya əsasən, Rusiya Ermənistana satdığı təbii qazın min kubmetrinin qiymətini 150 ABŞ dollarından 165 ABŞ dollarınadək bahalaşdırıb. Moskvanın hər il satdığı 2 milyard kubmetr təbii qaz Ermənistanın tələbatını tam ödəyir.

Kreml hələlik Ermənistandakı hakimiyyətə inanmır. Ancaq bir müddət sonra bu inamsızlıq miqyasının genişlənəcəyi də istisna edilmir.

Tarixi sübut edib ki, ermənilər həmişə onların “ipinin üstünə odun yığan”ları kürəyindən bıçaqlayıblar. Bu yanaşma dəyişməyib.


Avropada dövlətlər formalaşandan sonra ilk hədəfləri türk dövlətləri də olub. Onların Osmanlıya, Səfəvilərə qarşı son yüzilliklərin mübarizəsini yada salmaq kifayətdir. Avropadakı dövlətlər, eləcə də sonralar Rusiya və ABŞ özlərini məzlumların havadarı kimi göstərmək, türkləri zəifin haqqını yeyən kimi təbliğ etmək üçün azsaylı xalqlardan, erməni amilindən yararlanmağa çalışıblar. Xislətində xilaskarlarının üznə ağ olmaq kimi eybəcərliyi daşıyan bu etnik qrupun başçıları XX əsrin əvvəllərindən türkləri özlərinə düşmən kimi təbliğ etməyə başlayıblar. Bununla türk dövlətlərinə qarşı olan xarici qüvvələrin əlinə oynamağa səy göstəriblər.

Bundan hər iki tərəf - həm ermənilər, həm də onların himayədarı olan türk düşmənləri bəhrələnib. 1915-ci ildə Osmanlıda baş verən hadisələrin "ermən soyqırımı" kimi təqdim olunması bunun üzdə olan nümunələrindəndir. Birinci Dünya müharibəsində Osmanlıya qarşı müharibə edənlər “siz məzlum erməniləri qırdınız” deyib bu gün də soyumayan acığını, hikkəsini Türkiyədən çıxmağa çalışırlar. Bu proses 101 ildir bu davam edir. Erməniləri həmin havadarlarının sayəsində Azərbaycan torpaqlarını, o cümlədn 28 il əvvəl işğal etdikləri Laçını azad etmirlər. Yerevan himayədarlarının sayəsində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qətnamələrinə məhəl qoymur. Ermənilər həmin havadarlara arxayın olub yüz ildən artıqdır türklərə, azərbaycanlılara qarşı düşmənliyi davam etidirirlər. Nikol Paşinyan faşist babasını və Qaregin Njdeni həmin havadarlaa arxalanaraq “qəhrəman” kimi sırımağa səy göstərir.

Son 90 ildə bu etnik qrupun liderlərinin qulluq etdiyi ideya isə ermənilikdir. Bu ideyanın əsasında da türk düşmənliyi durur. Başqa sözlərlə, erməni liderləri və onların arxasınca gedənlər faşizmin ideyalarının daşıyıcılarıdır.

Nikol Paşinyan mayın 16-da keçirdiyi mətbuat konfransında sifətini və mənsub olduğu etnik qrupun ziyalılarının, liderlərinin 100 illik səhvlərini özü də bilmədən bir daha ifşa etdi.

Ermənistan hökumətinin başçısı faşistlərin əlaltısı olmuş, türk düşməni Qaregin Njdedən danışıb. Erməni təbliğatçıları bu faşisti əvvəlcə milli qəhrəman kimi qəbul etdilər. Ona Yerevanda heykəl belə qoydular. Bundan sonra onlar yalanın ayaq tutacağına əmin olduqları üçün faşist Njdeyə Rusiyada da abidə qoyub, onu Böyük Vətən Müharibəsinin qəhrəmanı kimi ictimaiyyətə sırımağa səy göstərdilər. Ancaq alınmadı.

Deməli, Paşinyan özü də bilmədən Njdenin faşist olduğunun təsdiqlənməsinə yardım etdi. Yenidən arxivlərə müraciətlər edildi. Məlum oldu ki, Njde təkcə türklərin deyil, yəhudilərin də düşməni olub. O, yəhudilərin soyqırımında iştirak edib.

O, Böyük Vətən Müharibəsinin 75-ci ildönümü ilə bağlı çıxışında babası Nikol Vartanoviç Paşinyanın müharibədə iştirak etdiyini, 1943-cü ildə öldüyünü, babası ilə fəxr etdiyini deyib. Qısa araşdırma nəticəsində isə Ermənistan baş nazirinin babasının faşistlər tərəfdə döyüşdüyü üzə çıxıb.

Njdenin və babasının faşist əlaltısı olmasının ört-basdır etmək üçün bu dəfə Paşinyan yalan danışmağa, şər atmağa başlayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadəyə qarayaxıb. Əslində, Paşinyan aldığı milli tərbiyə ilə belə davranmalı idi. Bu, onun deyil, faşist babasını, Njdeni ona “milli qəhrəman” kimi sırımış sələflərinin, böyüklərinin günahıdır.


Bu faşist nəvəsi ağlı kəsəndən türk düşməni kimi böyüyüb. Bu düşmənlik isə ona gerçəkliyi başa düşməyə, görməyə imkan verməyib. Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının əsas hədəfi sovetlərin yıxılması və işğal edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin bərpası olub. Onların mübarizəsində heç bir etnik qrupa qarşı mübarizə hədəf olmayıb. Yəni Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Paşinyanın babası və Njde kimi heç bir milləti özünə düşmən bilməyib.

Faşist nəvəsi Paşinyanın və onun kimi düşünənlərin nəzərinə bir daha tarixi faktı çatdırırıq: “M.Ə.Rəsulzadənin Almaniyanın 1933-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı səfiri, Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Fridrix-Verner fon Şulenburq vasitəsilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Ancaq Hitler "komitələr" deyil, məhdud səlahiyyətli "milli komissiyalar" yaratmağa üstünlük vermişdi.

M.Ə.Rəsulzadə bunu qəbul etməmişdi”.

Onun faşizmə münasibəti yarandığı gündən mənfi olub. M.Ə.Rəsulzadə Almaniyada 1932-1934-cü illərdə nəşr edilən "Demokrasi ve Sovyetler" məqaləsində isə faşizmə münasibətini belə açıqlayırdı: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, ancaq oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir... Düşmənlərinin qənaətincə, hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə daxildə (Almaniyada – S.İ.) İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”.

Bunu Məhəmməd Əmin Rəsulzadə Almaniyada faşist diktaturası qurulmazdan əvvəl yazıb. Fikrimizcə, onun faşizmə münasibəti Nikolun nəvəsinə və hitlerçilərin əlaltsı Njdenin davamçısına cavabdır.

“Sexakron” (“ermənilik”) isə irqi ayrı-seçkiliyə əsaslanan siyasi ideologiyadır. Bu ideyanı ermənilər sovet dövründə, ondan sonra da davam etdiriblər. Başqa sözlərlə, bu məsələdə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanla Paşinyanın heç bir fərqi yoxdur. Hər ikisi türkə qarşı faşizm ruhu ilə böyüyüb, tərbiyə olunublar. Bu kin-nifrətlə böyüyən insanlar üçün yalan danışmaq xasiyyət olub.


İkinci Dünya müharibəsində faşistlər tərəfindən döyüşən erməni batalyonlarının (taborların) adları: 808-ci batalyon, 1942-ci ilin iyulunda Polşada yaradılıb, komandiri Kuçer, 809-cu batalyon həmin il avqustun 29-da Polşada formalaşıb, komandiri Hermann Bekker olub. 810-cu batalyon, 1942-ci ildə Polşada, 813-cü batalyon, 1943-cü ildə orada, 814-cü o da 1943-cü ildə orada, 815-ci, 816-cı taqımlar da 1943-cü ildə Polşada yaradılıb. I/125 erməni batalyonu 1943-cü ildə Ukraynada, I/198 erməni batalyonu 1942-ci ildə Ukraynada formalaşdırılıb və s. Erməni legioner batalyonları faşistlərin Qafqaza hücumunda fəal iştirak ediblər.

Deməli, Nikol Paşinyan faşist Njde və babası ilə fəxr etdiyi halda özü də bilmədən reallığa xidmət etdi. İctimaiyyət erməniliyin mahiyyəti ilə bir daha tanış oldu. O, bir də sübut elədi ki, demokrat donunda faşist nəvəsi, bu ideologiyanın daşıyıcısıdır.

Onun faşist nəvəsi və bu ideologiyanın daşıyıcısı olduğunu Moskvada da gizlətmədilər. Mayın 9-da Rusiya prezidenti Vladimir Putinlə N.Paşinyan arasında telefon danışığı olmadı. Rusiya lideri adından Ermənistan əhalisi və baş naziri protoklo qaydasına uyğun olaraq teleqramla təbrik edilib. Paşinyan da telefon danışığının olmamasının etiraf edərək müxtəlif bəhanələrlə bunu ört-basdır etməyə çalışıb.

Görünür, Vladimir Putin faşist nəvəsi ilə ayrıca danışmağı hadisənin siyasi-mənəvi cəhətinə sığışdırmayıb. Çünki faşist nəvəsinə bu bayram münasibəti ilə təbrik düşmür.

Çox adam Paşinyanın kimin nəvəsi olduğunu bilmirdi. Yuxarıdakı şeytan misalında özü bunu cəmiyyətə göstərmiş oldu. O, öz millətinin tarixində həm də Ermənistan hökumətinə başçılıq etmiş faşist nəvəsi kimi düşəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR