"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA

3-06-2020, 16:49 276 dəfə baxılıb

Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyində baş verən son dəyişiklik Rusiyada narazılıqla qarşılanıb.

Bu barədə Ermənistanın “İrates” qəzeti məlumat yayıb. Mənbə qeyd edir ki, oyuncaq Dağlıq Qarabağ Respublikasının yeni rəhbəri Araik Arutunyanın Maisis Mailyanı kompromis əsasında yenidən “xarici işlər naziri” təyin etməsi Moskvada pis qəbul olunub. Qeyd edək ki, Masis Mailyan amerikalı milyarder Cors Soros tərəfindən yaradılmış “Açıq Cəmiyyət” Fondunun təmsilçilərindən sayılır. “Soros məktəbinin ölümsüzlüyünü nümayiş etdirməyə çalışdığı Masis Mailyanın Armen Qriqoryanla "mərasim" söhbəti daha pis qarşılanıb. Bundan başqa, Rusiya daim erməni tərəfinə hazırda Dağlıq Qarabağın “Təhlükəsizlik Şurası”nın katibi vəzifəsini icra edən Samvel Babayanla və Masis Mailyanla problemlərinin olduğunu açıq şəkildə bildirib.

“Üstəlik, Rusiya bu günə qədər Mailyan və Babayanın Rusiya üçün arzuolunmaz şəxslər olduğunu, onlara Rusiyaya giriş qadağası qoyulması barədə məlumatları rəsmi şəkildə inkar etməyib. Bu təyinatları Rusiyaya qarşı demarş hesab etsək, onun həqiqi ünvanı Nikol Paşinyandır”-deyə qəzet yazır.

Buna baxmayaraq, “Hraparak” qəzeti Masis Mailyanın Samvel Babayana qarşı olduğunu yazır. Araik Arutunyanla anlaşmaya gedərək bir komandada təmsil olunmasına baxmayaraq, M.Mailyan S.Babayanla düşmən münasibətdə olan Artur Osipyanı dəstəkləyir.

Qeyd edək ki, Artur Osipyan 2018-ci ildə Xankəndi şəhərində Bako Saakyan rejiminə qarşı etiraz aksiyalarına başçılıq edib. Xatırladaq ki, Samvel Babayan Laçının və Şuşanın işğalına rəhbərlik edib. Sonradan qondarma rejimin müdafiə naziri olub və 2004-cü ildə separatçıların rəhbəri Arkadi Qukasyanı silahlı yolla devirməyə cəhd etdiyinə görə 14 il müddətinə həbs edilib. O, 4,5 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. Hazırda Paşinyana yaxın olan Arutunyanın Babayanla ittifaqa gedərək Köçəryan-Sarkisyan cütlüyünə qarşı güclənməsi Qarabağ klanının parçalanması ilə müşahidə olunur. Bu isə Rusiyanın maraqlarına cavab vermir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR