Trampdan nikbin açıqlama: "2021 tarixi il olacaq”

3-07-2020, 13:02 102 dəfə baxılıb

“ABŞ iqtisadiyyatı yeni növ koronavirus pandemiyasının mənfi təsirindən azad olub”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı ölkədə işsizliyin artması ilə bağlı məlumatları şərh edərkən bildirib.

ABŞ lideri qeyd edib ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, iyun ayında işsizlik nisbəti 2,2% və 11,1% təşkil edib: “Son bir ayda iş yerlərinin sayı 4,8 milyon artıb. İyun ayında ABŞ-da iş yerlərinin sayı, demək olar ki, 5 milyon artdı. Bu, bütün gözləntiləri üstələdi. Bu, eyni zamanda, ölkə tarixində aylıq iş sayının ən əhəmiyyətli artımıdır".

Tramp əlavə edib ki, bugünkü məlumatlar ABŞ iqtisadiyyatının yaxşılaşdığını sübut edir: "Üçüncü rüb fantastik olacaq. Fikrimcə, əvvəllər bu cür inkişaf olmayıb. Bu rəqəmlərin seçkidən dərhal əvvəl mövcud olacağı müsbət haldır, dördüncü rüb də inanılmaz dərəcədə yaxşı olacaq. 2021 tarixi il olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR