Kaxaber Okriaşvili müsəlmanları Qurban Bayramı münasibət ilə xüsusi təbrik etdi

31-07-2020, 23:03 263 dəfə baxılıb

Gürcüstan parlamentinin deputatı, Gürcüstan-Azərbaycan Parlametlərarası Dostluq Qrupunun üzvü, Gürcüstan-Qazaxstan Palamentlərarası Dostluq Qrupunun rəhbəri Kaxaber Okriaşvili müsəlmanları müqəddəs qurban bayramı münasibəti ilə xüsusi təbrik edib.

Öz rəsmi feysbuk səifəsində müsəlmanlara video çarx vasitəsilə tərik ünvanlayan Kaxaber Okriaşvili bunları deyib: “Əziz Müsəlmanlar!
Sizi mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Qurban bayramı o bayramlardandır ki, insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa səsləyir. Bu bayramda hər bir kəs gücü çatdığı qədər dilindən və irqindən aslı olmayaraq bir birinə dəstək olurlar. Əminəm ki, bu ilki Qurban bayramı cəmiyyətimizdə həmrəyliyin və xeyirxah əməllərin bariz nümünəsi olacaqdır.

Əziz müsəlman qardaş və bacılarım,
Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR