Ermənilər Rusiyanı əvvəlki kimi dost ölkə hesab etmirlər - Azərbaycana nifrət faizi azalıb, Türkiyəyə artıb

1-08-2020, 15:54 290 dəfə baxılıb

Qafqaz Tədqiqatlar Resurs Mərkəzinin apardığı “Qafqaz Barometri - 2019” tədqiqatına görə, Ermənistanda Rusiyaya dost ölkə kimi baxanların faizi azalıb.

Sorğu 21 fevral-15 mart 2020-ci il tarixdə 1491 yetkin respondent arasında keçirilib, onların 31% -i İrəvanda, 33% -i digər şəhərlərdə, 36% -i isə kəndlərdə yaşayır. Eyni zamanda, respondentlərin 55% -i kişilər, təxminən üçdə biri – 35% orta təhsili olan respondentlərdir və təxminən 52% -i işləyir.

“Ermənistan əhalisinin təxminən 57% -i Rusiyanı bir nömrəli dost ölkə adlandırıb. Lakin, yüksək göstəriciyə baxmayaraq, son illərdə etimad səviyyəsi azalıb, çünki 2017-ci ildə respondentlərin 63% -i, 2015-ci ildə - 75%, 2013-cü ildə - 83% Rusiyanı ən birinci dost ölkə olaraq göstərirdilər. Beş ilə 26% ciddi rəqəmdir.

Ən populyar ikinci cavab "heç bir ölkə " olub və respondentlərin 17% -i belə düşünür.

Üçüncü yerdə respondentlərin 12% -i tərəfindən Ermənistana dost adlandırılan Fransa var və 4 il əvvəl respondentlərin yalnız 4% -i bu ölkəni dost bilirdi.

Bununla yanaşı, ən çox düşmən ölkələr siyahısında Azərbaycan (75%) liderlik edir. 2015 və 2017-ci illərdə də bu ölkə düşmən hesab olunurdu, lakin bir qədər çox - əhalinin təxminən 76%. Türkiyə düşmən ölkələrin siyahısında ikinci (respondentlərin 22%) yeri tutur. Ermənistan vətəndaşlarının Türkiyəyə düşmənçilik səviyyəsi artıb. 2015-2017-ci illərdə respondentlərin 18% -i bunu düşmən hesab edirdi. Nifrət 4% artıb.

Tədqiqat 2004-cü ildən bəri üç ölkədə - Ermənistan, Gürcüstan və Azərbaycanda aparılır və əsas siyasi, iqtisadi və sosial meylləri təqdim etmək məqsədi daşıyır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR