Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...

13-08-2020, 11:18 469 dəfə baxılıb


Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...
Ermənistan siyasi dairələri Tovuz döyüşlərindən və xüsusən işğalçı ölkə ilə sərhədə və Qarabadakı təmas xəttinə yaxın ərazilərdə keçirilmiş birgə Azərbaycan-Türkiyə təlimlərindən sonra iki qardaş ölkənin daha sıx yaxınlaşmasından əndişələnərək cürbəcür dezinformasiyalar ifrazını davam etdirir.

Moderator.az xəbər verir ki, üzdəniraq siyasi şərhçi(əslində şərçi) Naira Ayrumyan “Lragir” nəşrində dərc etdirdiyi şərhində Türkiyənin “atəşkəs imzalanandan bəri ilk dəfə olaraq bölgədəki hərbi mövcudluğuna belə maraq göstərməsi” fikrini vurğulayıb.

Erməni siyasətbaz yazısında Azərbaycan və Türkiyəyə qarşı yersiz ittiham və böhtanlar yağdırmaqdan, eləcə də hər iki ölkənin Gürcüstanla münasibətlərinə “pəl vurmaq” cəhdlərindən də çəkinmir.

N.Ayrumyan yazır:

“Birgə təlimlərdə iştirak etmək üçün Bakıya gələn türk təyyarələrinin kimin hava məkanından istifadə etdiyi məlum deyil. Türkiyənin Gürcüstan ərazisindən istifadə etməyə çalışdığı barədə təsdiqlənməmiş məlumatlar var. Hərbi ekspertlər qeyd edirlər ki, son Türkiyə-Azərbaycan təlimləri zamanı hərbi texnika çox az olub. Mümkündür ki, rəsmi Gürcüstan Türkiyə hərbi texnikasının Azərbaycana gətirilməsinə icazə verməyib və buna görə də Bakı Gürcüstanı Ermənistana silah daşımaqda ittiham etmək qərarına gəlib.

Türkiyə və Azərbaycan tranzit yolu ilə Gürcüstanı "udmağa" çalışırlar. Ancaq Türkiyənin iqtisadi ekspansiyasına rəğmən bu, Gürcüstan üçün nəticə vermədi. Üstəlik, Tbilisidə rəsmi Ankaranın Gürcüstana "dinc yolla" girə bilməyəcəyi halda güc tətbiq edə biləcəyi ilə bağlı həyəcanverici fikirlər var”.

Öz qərəzli təhlilinə təsdiq əldə etmək məqsədilə erməni şərhçi anti-türk mövqeyi ilə seçilən Gürcüstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general-mayor Givi Yukuridzedən sitat gətirir:

“...Bu baxımdan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi keçmiş general-mayor Givi Yukuridze hesab edir ki, 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs imzalanandan bəri ilk dəfə olaraq Türkiyə bölgədəki hərbi mövcudluğuna belə maraq göstərir. Yukuridzenin sözlərinə görə, hadisələr mənfi istiqamətdə inkişaf edərsə, Ankaranın Gürcüstan ərazisindən yararlanaraq Bakıya kömək etməsi mümkündür. Generalın sözlərinə görə, Türkiyə son vaxtlar beynəlxalq normalara əməl etmədiyinə görə hərbi məqsədlə Gürcüstanla sərhədi keçməsi də onu təəccübləndirməyəcək...”

P.S. İşğalçı ermənilərin qorxusunu gerçəkləşdirmək üçün Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini mütləq gerçəkləşdirmək gərəkdir...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR