Kim Çen komaya düşüb - ŞOK İDDİA

24-08-2020, 11:17 211 dəfə baxılıb

Bu ilin əvvəllərində sağlamlığı ilə gündəmə gələn Şimali Koreya lideri Kim Çen İnin komaya düşdüyü deyilir.

İddianın sahibi Cənubi Koreyanın keçmiş dövlət başçısı Kim Dae-Yunqun sözçüsü Çanq Sonq-Mindir.

Ölkəsinin mediasına danışan keçmiş sözçü "Onun komada olduğunu təxmin edirəm, lakin hələ sağdır. O, bu il media qarşısına çox az halda çıxdı. Bunun səbəbi də sağlamlığndakı problemdir" deyib. Kim Çenin son dönəmdə siyasi arenada yüksəlməyə başlayan bacısı Kim Ye Çeni respublikanın idarə edilməsində rolu olduğunu bildirən Çanq Sonq-Min "Ölkənin idarəçiliyi bacısının nəzarətindədir. Lakin hələ konkret hakimiyyət dəyişikliyi baş verməyib. 33 yaşlı bacısı ölkəni de-fakto ikinci lider olaraq idarə edir" ifadələrini işlədib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR