Rusiya mediası Ermənistana İran və Çindən zərbə PUA-ları almağı təklif etdi...

14-10-2020, 09:41 30 dəfə baxılıb

“Öz kəşfiyyat pilotsuz təyyarələrini (“X-55” və "Krunk" kimi) istehsal edən Ermənistan öz hücum PUA-larını yalnız indi inkişaf etdirir. Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamalarına görə, pilotsuz uçağın döyüş istifadəsi ilə bağlı ilk hadisə iyulun 13-də baş verib və zərbə modelinin sınağı müharibə başlamazdan bir müddət əvvəl yalnız bu ilin avqustunda başlanıb”.

Moderator.az xəbər verir ki, bu sətirlər Rusiyanın “RİAFAN” portalındakı “Zərbə PUA-ları və Dağlıq Qarabağdakı müharibə” adlı analitik materialdandır.

Materialda rus müəllif Ermənistan ordusunun bir çox sahələrdə, o cümlədən Hava Hücumundan Müdafiə və zərbə PUA-ları məsələlərində geri qaldığını və həmin sahələrin modernləşdirilməsi üçün illər gərək olduğunu vurğulayarq artıq Azərbaycan ordusunun ermənilərin işğal etdiyi ərazilərdəki birinci müdafiə xəttini yardığını da etiraf edir.

Daha sonra işğalçı ölkənin PUA böhranından necə çıxması yolları müzakirə edilir. Burada müəllifin açıq şəkildə Azərbaycan ordusunun üstünlüyünə təəssüflənməsi və qəsbkar Ermənistana canıyananlıq edərək ona çıxış yolları təklif etməsi aydın görünür...

“Öz layihəsinin hazırlanması davam etdirərkən Ermənistan müasir hücum PUA-larını haradan ala bilər? Türkiyə, təbii ki satmayacaq. İsrail, çox güman ki, xeyr... Amerika Birləşmiş Ştatları - əlbəttə, yox... Çünki bu, Rusiya üçün Amerika texnologiyalarına pulsuz giriş demək olardı...

Rusiya bu yarışda hələ də geri qalır və hücum PUA-larındakı mövcud geriliyi 2020-ci illərin ortalarında olmasa da, yalnız iki-üç ildə tamamilə aradan qaldıra biləcək. O zaman həmin qurğuların müasir inkişaf seriyası başlayacaq və onların rus ordusu və ixrac üçün axını baş tutacaq. Bununla belə, bu, Ermənistana Rusiyadan Suriyada özlərini yaxşı göstərmiş kəşfiyyat PUA-larını almağına heç bir şəkildə mane olmur...

Hazırda dünya səviyyəli hücum dronları da İran və Çin tərəfindən də satılır. İrandan bir sıra kamikadze dronlarının (və ya onların istehsalı üçün texnologiyanın) alınması, özlüyündə, döyüş əməliyyatlarının gedişatına təsir edəcəkdir”.

P.S. Sözsüz ki, İran və Çin mövcud geosiyasi durumda qəsbkar ölkəyə bu cür ciddi dəstək verməklə Azərbaycan və Türkiyə, eləcə də Pakistanla münasibətləri gərginləşdirməkdə maraqlı olmayacaq. Və əlbəttə, dövlətimiz də adı çəkilən ölkələrdən zərbə dronlarının və ya digər silahların təcavüzkar Ermənistana açıq və ya gizli satışının qarşısını ala biləcək gücdədir...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR