Seçkini uduzan Akıncıdan gözlənilməz addım

19-10-2020, 15:56 204 dəfə baxılıb

Şimali Kipr Türk Respublikasında ötən gün keçirilən prezident seçkilərində Ərsin Tatara məğlub olan Mustafa Akıncı siyasətdən getdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Mustafa Akıncı özü məlumat yayıb.

“Bu nəticədən sonra 45 illik siyasi karyerama son qoyuram. Xalqımız üçün xeyirli olsun”, - Şimali Kiprin sabiq lideri bildirib.

O, həmçinin yeni prezident Ərsin Tatarı təbrik edib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında ötən gün keçirilən prezident seçkilərində Ərsin Tatar 51,74 faiz səslə yeni prezident seçilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR