Emmanuel Makronun erməni kökləri

29-10-2020, 11:07 67 dəfə baxılıb

Son vaxtlar Parisdə səslənən Azərbaycan əleyhinə bəyanatlar təsadüfi deyil. Bunun səbəbi çox sadədir: Fransa prezidenti Emmanuel Makronun erməni kökləri var. Makron Pikardiya Universitetinin nevrologiya professoru Jan-Mişel Makron və həkim Fransuaza Makron-Nogesin ailəsində doğulub. Onun ana tərəfdən babası Frederik Masonyan erməni mənşəlidir. Ona görə də Fransa prezidentinin hansı səbəblərdən erməniyönümlü bəyanatlarla çıxış etdiyi aydındır.

Hakimiyyətdə olduğu müddətdə Makron Azərbaycanla uzun illər ərzində formalaşmış yüksək səviyyəli münasibətləri çətinləşdirməyə çalışır. Bundan əlavə, o, daha da uzağa gedərək və Fransa xarici işlər nazirinin neytral açıqlamalarına baxmayaraq, Fransanın ATƏT Minsk qrupunun həmsədri qismində funksiyasını ciddi şübhə altına alır. Ona görə də Qarabağda döyüş əməliyyatları başlayandan Fransa prezidentinin sərgilədiyi mövqe, eləcə də ölkənin münaqişənin həlli məsələsində əldə etdiyi beynəlxalq mandata zidd olan və neytral vasitəçi missiyasının tələblərini kobud şəkildə pozan anti-Azərbaycan bəyanatları izaholunandır.

Makronun diplomatik və vasitəçilik missiyasına uyğun olmayan mövqeyi həm də Fransada gələcək seçkilərlə və ermənilərin səsinin əldə olunması ilə əlaqədardır. O, Qarabağda sülhün və sabitliyin təmin olunması üçün yox, erməni seçicilərin səsi üçün mübarizə aparır. Onlara görə Fransa prezidenti feyk xəbərlərin, xüsusilə də cihadçı qruplaşmaların Qarabağda mövcudluğu barədə xəbərlərin təbliğatçısı olmağa hazırdır. Prezident Makron bəyan edib ki, Fransa kəşfiyyatı Suriyadan silahlıların Türkiyə vasitəsilə Dağlıq Qarabağa keçməsi barədə məlumatlara malikdir. O, bununla da digər yalançı Paşinyana ötürmə etmiş olub. Makron tərəfindən bu cür feyk xəbərlər həm də Türkiyəyə qarşı səsləndirilib. Bunun cavabında Rəcəb Tayyib Ərdoğan ona "psixikasını müalicə etməyi" tövsiyə edib. Ankaranın kəskin açıqlamaları Fransa rəhbərliyini hiddətləndirib və Paris Türkiyədəki səfirini geri çağırıb.

Makronun anti-türk və anti-İslam mövqeyi, belə görünür ki, ona doğma babasından irsən keçib.

Elxan Ələsgərov
"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR