Xankəndinə 30 min erməni qaytarıldı?.. - Erməni iddiası...

27-11-2020, 15:29 327 dəfə baxılıb

Rusiya Müdafiə Nazirliyi bildirir ki, sülhməramlılar 26 noyabradək 1777 qaçqını İrəvandan Xankəndinə müşayiət edib.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.

“Sülh razılaşması elan edildikdən sonra sakinlərin yarıdan çoxu Dağlıq Qarabağın paytaxtına qayıdıb. Bu gün Stepanakertdə(Xankəndində-S.L.) 28-30 min sakin var. Hərbi əməliyyatlar başlananadək şəhərdə 53 min erməni yaşayıb. Müharibənin ən çətin dövründə burada 200-300 nəfər qalmışdı. Düşünürəm ki, hamı qayıdacaq, çünki sülhməramlılar bizi müdafiə etməyə gəliblər" -deyə Azərbaycan şəhərinin separatçı-terrorçu erməni xuntası tərəfindən təyin olunmuş qanunsuz “meri” David Sarkisyan dünən noyabrın 26-da “TASS”-a açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Rusiya MN-in məlumatına görə, noyabrın 11-dən bu günədək Rusiya sülhməramlıları hər gün orta hesabla 1000 erməninin Ermənistandan Xankəndinə gətirilməsini təmin edib. Bundan əlavə, Basarkeçər-Kəlbəcər-Xankəndi yolu açıq olanadək həmin yolla ermənilər özləri də gəliblər. Eyni zamanda keçmiş Dağlıq Qarabağın Azərbaycan ordusunun nəzarətinə keçmiş məntəqələrindən də Xankəndinə köçürülən ermənilər olub. Bununla belə, 30 min və 53 min rəqəmləri yenə də şişirdilmiş görünür...

Onu da qeyd edək ki, noyabrın 10-dan bu günədək Rusiya sülhməramlıları bir azərbaycanlını da Xankəndinə və ya keçmiş Dağlıq Qarabağ ərazisindəki digər doğma yurdlarına qaytarmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR