“Beş qadını zorlayıb, sonra da...” – PKK-çılardan qaçan Zeynəbdən qandonduran iddia

22-12-2020, 15:34 122 dəfə baxılıb

PKK terror təşkilatının qadın qanadı “YJA Star”ın lideri Hülya Əroğlu 4 milyon mükafatla “qırmızı bülleten”lə axtarılırdı. Eroğlu 2017-ci il oktyabrın 2-də Şırnakda zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

“Delal Amed” ləqəbli Əroğlunun öldürülməsindən 3 ay əvvəl Qəndildə Qaşura düşərgəsində təcavüzə məruz qaldıqlarını söyləyən 5 suriyalı qadın terrorçunu üzərinə əl bombası ataraq edam etdiyi ortaya çıxıb. Hülya Əroğlunun bu qorxunc cinayəti bu ilin mart ayında terror təşkilatından qaçaraq Türkiyə polisinə təslim olan 22 yaşlı Zeynəb Rohani adlı terrorçu qadın tərəfindən etiraf edilib.

Zeynəb Hülyanın suriyalıları düşərgədə cinsi zorakılıq üstündə yaranmış mübahisəyə görə öldürdüyünü, edamdan sonra heç nə olmamış kimi qəhqəhə çəkərək güldüyünü deyib:

“Düşərgədə qadınlarla iclas keçirdi. İclasdan sonra mühafizəçiləri ilə 5 qadını 100-150 metr irəlidəki dərəyə apardı. Az sonra hamımız əl bombasının partlama səsinə diksindik. Yanımıza qayıdan Hülya Əroğlu qəhqəhə çəkərək, “artıq şikayət etməyə bəhanələri qalmadı” dedi. Belindəki qurşağına taxdığı iki bombadan biri yerində yox idi. Onları bu bomba ilə öldürdüyünü bildirdi”.

Zeynəb PKK sıralarına qoşulan qadınların kişi terrorçularla cinsi əlaqəyə məcbur edildiyini bildirib və dəfələrlə zorakılığa məruz qaldığını vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR