Bu il 50 jurnalist öldürülüb: Ən təhlükəli ölkələr - SİYAHI

30-12-2020, 13:11 117 dəfə baxılıb

Ümumilikdə son 10 ildə dünyada jurnalist fəaliyyətlərinə görə ən az 937 nəfər qətlə yetirilib.

Cebhe.info-nun məlumatına görə, “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının 2020-ci ilə dair hesabatında belə deyilir.

Qeyd edilir ki, 2020-ci ildə peşə fəaliyyəti ilə əlaqədar 50 jurnalist öldürülüb. Bu halların əksəriyyəti (68 faizi) hərbi münaqişə olmayan ölkələrdə baş verib. Jurnalistlərin əksəriyyəti korrupsiya, mütəşəkkil cinayətkarlıq və ətraf mühitin çirklənməsi barədə məlumat verdiklərinə görə qətlə yetiriliblər. İnsan hüquqları müdafiəçilərinin rəyinə görə, jurnalistlər üçün ən təhlükəli ölkələr bu il Meksika, İraq, Əfqanıstan, Hindistan və Pakistan olub.

“Bu cür cinayətlərin məqsədi yalnız onları birbaşa qurban etmək deyil. Hər bir jurnalistin öldürülməsi bütün insanların müstəqil və azad məlumat əldə etmək hüququna edilən hücumdur”, - “Sərhədsiz Reportyorlar” təşkilatının nümayəndəsi Mixail Rediske 2020-ci il yanvarın 1-dən dekabrın 15-dək dövrü əhatə edən hesabatı şərh edərkən belə deyib.

Təşkilat son 10 ildə dünyada jurnalist fəaliyyətlərinə görə ən azı 937 nəfərin öldürüldüyünü vurğulayır. “Sərhədsiz Reportyorlar”ın verdiyi məlumata görə, 2019-cu ildə bu qurbanlardan 53 nəfər təşkil edib. 2020-ci ildə isə peşəkar jurnalist fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrinin 50 nəfər əməkdaşı qətlin qurbanı olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR