“Kimdir o -adi kolxozçu, çobanın biri, həm də alçaq”

22-01-2021, 13:18 171 dəfə baxılıb

“Kimdir o -adi kolxozçu, çobanın biri, həm də alçaq”"Uzun müddətdir peşəkar jurnalistika ilə məşğulam, deyə bilərəm . Paşinyan ilk mitinqi keçirən kimi facebookfa yazdım ki, bu adam Artsaxı təslim edəcək. Paşinyan kimi gerizəkalı var düşüncəli adam Qərb xüsusi xidmət orqanlarının köməyi olmadan mitinqlər təşkil edə bilməzdi”.

Kaim.az xəbər verir ki, bunu "HAYASA CANLI” mədəni və maarifləndirici kanalının redaktoru Aram Qabrelyanov müsahibəsində deyib..

Ermənistanin baş nazirini təhqir etməkdən belə çəkinməyib:

 

"Təsəvvür edin, mitinqlərdə 50 min telefon şarj cihazı alıb insanlara verdilər ... "iPhone'ları pulsuz payladılar. Başa düşüləndir, buna pul xərcləndi, super qurulmuş bir mütəşəkkil sxem idi ... Əslində Paşinyan hakimiyyəti müstəqil dəyişəcək qədər bacarıqlı deyildi.O kimdir? Adi İcevan kolxozçusu, çoban. Nənəmin dediyi kimi, çoban ondan 1000 qat daha yaxşıdır, çünki çoban heç olmasa dürüst bir insandır, bu isə alçağın yekəsi”.

Qabrelyanov Sarkisyanı da ittiham edib:

"Siyasətdə hər şey ola bilər. Siyasətdə xainlərin və axmaqların hakimiyyətə gəlməsinə səbəb olan müxtəlif təsadüfi hadisələr var. Serj Sarkisyanın küt idarəetmə sistemi bu canavarın hakimiyyətə gəlməsi üçün zəmin yaratdı. Dəqiq bilmirəm, amma dolayı yolla başa düşürəm ki, Paşinyan Serj Sarkisyanın dövründə sıxışdırılarkən İngiltərə kəşfiyyatı tərəfindən ələ alınıb. Buna əminəm. "

İlqar Atayev


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR