Livanda karantinə etiraz: 8 yaralı

26-01-2021, 15:55 167 dəfə baxılıb

Livanda karantinə etiraz: 8 yaralıLivanın şimalında yerləşən Tripoli şəhərində koronavirusla əlaqədar karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib.

Nümayişçilər şəhər administrasiyasının binası qarşısına gələrək koronavirusa pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsini tələb ediblər.

Daha sonra nümayişçilər hüquq mühafizə orqanlarının əməkdaşlarına daş atmağa başlayıblar. Buna cavab olaraq hüquq mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər, bir neçə nümayişçi saxlanılıb.

Bundan əlavə, toqquşmalar nəticəsində 5 nümayişçi və 3 polis əməkdaşı xəsarət alıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR