Ukrayna müharibə astanasında: - Zelenski Ərdoğanla görüşə uçur

5-04-2021, 12:06 220 dəfə baxılıb

Ukrayna prezidenti Vladimir Zelenski Donbassda vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun cəmləşdirməsi və irimiqyaslı müharibə riskinin artması fonunda Türkiyəyə səfər edəcək. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Zelenskinin Ankaraya səfəri aprelin 10-da baş tutacaq.

Ötən gün aprelin 4-də isə Zelenski xanımı ilə birlikdə Qətərə rəsmi səfərə gedib. Qətər regionda Türkiyənin mühüm müttəfiqidir. Gözlənilir ki, tərəflər siyasi, ticarət-iqtisadi, investisiya əməkdaşlığını və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edəcəklər.

Ukrayna prezidentinin Türkiyəyə səfərinin proqramı hələ açıqlanmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verir, Krımı Ukrayna ərazisi kimi tanıyır və bu ölkə ilə sıx hərbi-texniki əməkdaşlıq qurub. Bəlli olduğu kimi Ukrayna Türkiyədən "Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin iri partiyasını alıb, habelə bu təyyarələrin birgə istehsalı barədə razılıq əldə olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR