"Biz sizi öldürməyə gəlmişik və öldürəcəyik" deyən ermənilər barəsində 15 il həbs cəzası

30-04-2021, 15:28 144 dəfə baxılıb

"Biz sizi öldürməyə gəlmişik və öldürəcəyik" deyən ermənilər barəsində 15 il həbs cəzasıLos-Ancelesdə ötən ilin sonunda türklərə məxsus restoranı dağıtdıqları üçün həbs olunan radikal erməni gənclərini 15 il həbs cəzası gözləyir.

Qarabağda müharibə zamanı törədilən insidentdə saxlanılan 23 yaşlılar Uilyam Stepanyan və Harri Çalikyana altı maddə üzrə cinayət işi qaldırlıb. Bu şəxslər 2020-ci ilin noyabrın 4-də telefonla bir-birilərinə "türklərə qarşı Los-Ancelesdə ova çıxaq" mesajları göndəriblər.

Türklərə məxsus restorana girərək "biz sizi öldürməyə gəlmişik və öldürəcəyik" qışqırmağa başlayıblar. Ardınca obyekti dağıdıblar. Restorana 200 min dollar ziyan vurublar. İttiham tərəfi hər iki şəxsi nifrət maddəsi ilə 15 il həbs olunmasını tələb edir. Bu hadisə ilə bağlı o zaman Azərbaycan XİN də bəyanat vermiş və insidenti sərt şəkildə pisləmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR