Bərzani klanı ilə PKK arasında savaş yenidən alovlanır – Kürd DUELİNİN qalibi hansı olacaq?

10-06-2021, 13:36 112 dəfə baxılıb

"İki kürd qruplaşmasının rəqabətində Qərbin dəstəklədiyi Bərzani tərəfdarları üstün vəziyyətdədirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İraqın şimalındakı kürd muxtariyyatının lideri Məsud Bərzani rejimi ilə terrorçu PKK arasında qarşıdurmanın yenidən vüsət almasının səbəbini və mümkün nəticələrini dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, tərəflər arasında mübarizəni alovlandıran əsas məqam kürd toplumu üzərində nüfuzun təmin edilməsidir:

"Bərzani ilə PKK arasında mübarizə dünənin söhbəti deyil. Onlar əvvəl niyə vuruşurdularsa, indi də o səbəbdən qarşı-qarşıya gəlirlər. Yəni məqsəd bölgədəki kürdlər üzərində siyasi hakimiyyətə sahib çıxmaqdır.

Burada əlbəttə ki, Qərbdən, həm də müəyyən mənada Türkiyədən dəstək alan Bərzani tərəfdarları daha üstün vəziyyətdədirlər. Qərb PKK-dan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etsə də, onlar Amerika və Avropanın nəzərində bir solçu təşkilatdır.

O baxımdan, indi vüsət alan qarşıdurmadan Bərzani tərəfdarlarının rəqibi məğlub etmək imkanları daha çoxdur. Amma hadisələrin bundan sonrakı inkişafında hər iki tərəfə sözü keçən dövlətlərin mövqeyi böyük rol oynayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR